Apple şirkəti digər şirkətlər kimi bütün sahələrdə öz məhsullarının öndə görmək istəyir. Bu istiqamətdə istehsal etdiyi fərqli məhsullar hər zaman istədiyi nəticəni əldə etmədi.
Apple-ın istehsal etdiyi bir çox məhsul haqqında məlumatınız ola bilər, lakin bu siyahıdakı məhsullar haqqında çox adam bilmir.
Xeberler.az bu dəfə Apple-ın bilmədiyiniz 12 məhsulunu araşdırıb.
Oyun kasetləri (1978)
Floppy Disk-lərdən əvvəl yaranan bu texnologiya Slot Machine, Star Wars və Lemonade Stand kimi oyunlar oynamağınıza imkan yaradır.
Apple printer (1979-1988)
Apple bu printeri istehsal etdiyi dövrdə kompüter istehsalçıları öz printerlərini yaratmaq məcburiyyətində idi. Apple-ın istehsal etdiyi bu printerlər 2000 dollardan baha olduğuna görə heç kimə satılmadı.
MacWrite (1984-1994)
Bir vaxtların Microsoft-u olan bu proqram sadə mətnlər yığmağınıza kömək edirdi.
The Apple Collection (1986)
Apple bu dövrdən geyim istehsal etməyə başladı. O zamanlar üçün dəb olan yazılı köynəklər və uzun qollu geyimlər istehsal olunurdu.
Apple Skaner (1988-1997)
Apple Skaner 1988-1997-ci illərdə 2 dəfə yenilənərək istehsal olunmasına baxmayaraq yetəri qədər tanınmadı.
Apple Newton (1993-1998)
Qeyd dəftəri, kalkulyator kimi tətbiqləri ilə istifadəçilərə təqdim olunan Newton az satılmasına baxmayaraq iPhone, iPad-lərin yaradılması üçün təməl rolunu oynadı.
Apple PowerCD (1993-1996)
Apple PowerCD tamamilə Phillips tərəfindən istehsal olunub və üzərinə Apple loqosu vurularaq satılan bir məhsuldur.
Apple QuickTake Camera (1994-1997)
Apple-ın bu kamerası olduqca baha olmasına baxmayaraq dövrü üçün ən yaxşı özəllikləri özündə cəmləşdirirdi. 0.3 meqapiksel kamerası olan QuickTake Camera, 1 MB yaddaşa sahib idi.
Apple Pippin (1995-1997)
Bandai şirkəti ilə birlikdə istehsal olunan texnologiya 40 min ədəd satıldı və 2 il sonra bazardan uzaqlaşdı.
Apple Flower Power iMac (2002)
Apple-in bu dövrdə istehsal etdiyi iMac-lər hər rəngdə istehsal olunurdu. Satışlara görə Apple bütün rənglərə sahib olan özəl versiya "Flower Power"-in istehsalına başladı.
Apple eMac (2002 – 2006)
Təhsil üçün istehsal olunan 128 MB RAM və 40 GB yaddaşa sahib bu kompüterlər bəzi məktəblərdə istifadə olunmasına baxmayaraq uğurlu olmadı.
iPod HiFi (2006-2007)
Bu məhsul iPod-lar üçün nəzərdə tutulub, qiymətinin 350 dollar olduğuna görə çox satılmadı.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri