Apple iPhone satışı üzrə planı artıqlaması ilə yerinə yetirib

24-10-2008 / 15:38
Apple şirkəti 2008-ci il üzrə 10 milyon iPhone-nin satışı barədə məlumat verdi. Amerika KİV-nin məlumatına görə, şirkətin məqsədi bu il 10 mln. smartfon satmaq idi. Beləliklə, onlar məqsədlərinə iki ay əvvəldən nail olublar. Bu informasiyanı Apple-ın başçısı Stiv Cobs və maliyyə direktoru Piter Oppenheymer təsdiq edib.
Şirkət onu da bildirib ki, cari maliyyə ilinin dördüncü rübündə iPhone,  rəqibi Research In Motion-nun BlackBerry smartfonlarını ilk dəfə satışda geri qoyub.
Cobs bu barədə deyib: “Apple RİM-i bu ilin dördüncü rübündə keçib və bu bizim üçün böyük nailiyyətdir. RİM çox keyfiyyətli məhsullar istehsal edən şirkətdir. 15 ay əvvəl bazara çıxmağımıza baxmayaraq, satışda bu şirkəti keçmişik”.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə