Apple cərimə ödəyəcək

22-12-2015 / 12:27

Apple ilə Ericsson arasında yaranan patent mübahisəsi Ericsson-un xeyrinə olub.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Apple hər satdığı məhsuluna görə Ericsson-a müəyyən miqdarda pul ödəməli olacaq.

35000-dən çox dünyanın ən çox patentə sahib olan şirkətlərindən biri Ericsson Apple-ın istehsal etdiyi iPhone iPad-larda şirkətə məxsus 41 patentin icazəsiz istifadə olunduğunu bildirmişdi.

Bu iddialardan  sonra məhkəmənin Apple-ın əleyhinə olması ilə Apple gələcək 7 il ərzində satdığı hər iPhone və iPad məhsulu üçün ödəməni qəbul edib.

Apple-ın bu satışlarından əldə etdiyi gəlirin təxminən yüzdə 0.5 hissəsinin Ericssona ödəməsinə qərar verilib.

Bu kimi patent və lisenziya müqavilələrindən olduqca yüksək məbləğdə pullar qazanan Ericsson şirkəti 2015-ci ildə patentlərdən təmin etdiyi gəlirini 1.6 milyard dollar edib.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə