Startaplara dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə “AccessBank” QSC tərəfindən həyata keçirilən “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri açıqlanıb.
Xeberler.az məlumat verir ki, oktyabr ayında elan olunmuş müsabiqəyə startaplar və sahibkarlar tərəfindən bir ay ərzində 500-dən çox müraciət daxil olub. Münsiflər heyəti tərəfindən təqdim olunmuş layihələr arasından innovativ, kreativ, davamlılıq və gəlirlilik meyarlarına cavab verən 3 layihə qalib olaraq seçilib.
I yerin sahibi “Climasel” soyutma panelləri istehsalı layihəsinin müəllifi Xəya
lə Miriyeva, II yerin sahibi kənd təsərrüfatı və qida tullantılarının bioloji emaldan keçirilərək alternativ heyvan mənşəli protein və yağ əlavələrinin istehsalı layihəsinin müəllifi Rafiq Mirzəyev, III yerin sahibi isə arı mumlu örtüklərin istehsalı layihəsinin müəllifi Fidan Əlisoy olub.
“Bizdən Biznesə” startap müsabiqəsinin yekunlarına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri ölkəmizdə startap ekosistemi, yeni biznes ideyaların və innovativ layihələrin reallaşdırılmasına dövlət dəstəyi tədbirləri və güzəştlər, eləcə də bu sahədə dövlət-özəl əməkdaşlığı, özəl sektorun startaplara dəstəyi barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, belə layihələr innovativ həllərin yaranmasına, startap layihələrinin inkişafına və yeni ideyaların biznesə çevrilməsinə öz töhfəsini verir.
Sonra biznes planın həyata keçirilməsi üçün “AccessBank” tərəfindən I yerin sahibinə 25 min manat, II yerin qalibinə 20 min manat və III yerin sahibinə isə 15 min manat həcmində mükafat təqdim edilib.
Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə biləcəklər. Bundan başqa, qaliblər bir il ərzində “AccessBank” vasitəsilə ölkə daxilində aparılan bütün bank əməliyyatları üzrə komissiya ödənişlərindən azad edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri