Previous Next
Bağla

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018 18:24
İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə İdeyadan Biznesə layihəsi çərçivəsində növbəti startap turu Quba şəhərində keçirilib.

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Microsoft şirkətinin təşkilatçılıq, Azercell şirkətinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlıq etdiyi startap turlarının məqsədi startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.

Quba Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Qusar, Xaçmaz, Şabran, Siyəzən və digər ətraf rayon və şəhərlərdən olan 50-dək gənc qatılıb.

Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes- treninqlər təşkil olunub, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Daha sonra mentorlar tərəfindən seçilmiş layihələr birincilik uğrunda mübarizə aparıb. Layihə müəlliflərinin hər çıxışından sonra sual-cavab və layihənin müzakirəsi baş tutub. İkinci hissənin sonunda münsiflər Quba üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirib.

Belə ki, 1-ci yerin sahibi “Edu Record” layihəsi ilə Əlizadə Cəmil, “Sintetik futbol”
ideyası ilə Müslümov Elxan 2-ci, “Home study” ideyası ilə Muradxanova Nərgiz 3-cü
olub.

Məlumat üçün bildirək ki, qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak
hüququ qazanacaq.

Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü Bakutel Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, startap turları regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap komandaları və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.

Turların ətraf rayon və şəhərləri də əhatə etməklə Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində də keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, startap turları Mingəçevir və Lənkəran şəhərində keçirilib və qaliblər
müəyyənləşib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

İdeyadan Biznesə layihəsinin ilk düşərgəsi Şəkidə təşkil olunub

01-10-2018

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə