Previous Next
Bağla

“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

31-10-2024 08:27
“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

Startaplara dəstək məqsədilə yeni layihəyə - “Bizdən biznesə” startap müsabiqəsinə start verilib. Dövlət-özəl əməkdaşlığı çərçivəsində “AccessBank” QSC tərəfindən həyata keçiriləcək layihənin tərəfdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). 

Xeberler.az məlumat verir ki, layihənin məqsədi innovasiyaları stimullaşdırmaq, yeni bizneslərə imkanlar yaratmaq, startapların biznes ideyalarını reallaşdırmasına dəstək olmaq, KOB-lara mentorluq və maliyyə dəstəyinin göstərilməsi, davamlı inkişaf və cəmiyyətə müsbət təsir potensialı olan perspektivli biznes konsepsiyaların araşdırılması və uğurlu sahibkar şəbəkəsinin formalaşdırılmasına töhfə verməkdir. Layihədə sahibkarlar və startaplar iştirak edə bilərlər. Artıq müraciətlərin qəbuluna başlanılıb. Münsiflər Heyəti tərəfindən seçiləcək qaliblərin layihələrinin icrası üçün maliyyə vəsaiti ayrılacaqdır. Layihə haqqında daha ətraflı: “Bizdən Biznesə” 

“Bizdən biznesə” layihəsinin dəstəklənməsi məqsədilə “Bakı KOB evi”ndə KOBİA və “AccessBank” QSC arasında Anlaşma Memorandumu imzalanıb, layihə ilə bağlı təqdimat keçirilib.  

“KOBİA sahibkarlıq ekosisteminin iştirakçısı olaraq yeni bizneslərin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, startapların innovativ layihələrinin rellaşdırılması istiqamətində müxtəlif dəstək və xidmətlər göstərir. Bu sahədə dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin icra olunması da əhəmiyyətlidir və KOBİA özəl sektorun bu cür təşəbbüslərini dəstəkləyir” - deyə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib. 

“Bank olaraq Azərbaycanda yeni biznes ideyaları və startapları dəstəkləməkdən, onların real sahibkarlıq mühitinə inteqrasiyasında iştirakdan məmnunuq. “Bizdən biznesə” layihəsi yeni biznesə başlayanların maliyyə resursuna çıxış məsələsinə öz töhfəsini verəcəkdir” – deyə “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Bizdən Biznesə” startap müsabiqəsinin yekun tədbiri keçirilib

“Bizdən Biznesə” startap müsabiqəsinin yekun tədbiri keçirilib

24-12-2025
“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

21-10-2025
“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb

“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb

25-12-2024
BANM komandası “Bizdən Biznesə” müsabiqəsinin qalibi olub

BANM komandası “Bizdən Biznesə” müsabiqəsinin qalibi olub

07-04-2025
Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023
“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025
Ötən il KOBİA 7 mindən çox sahibkarın bilik və bacarıqlarını artırıb

Ötən il KOBİA 7 mindən çox sahibkarın bilik və bacarıqlarını artırıb

22-01-2026
Xızıda KOB dostu fəaliyyətə başlayıb

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022
KOBİA I yarımildə hansı işləri görüb?-Hesabat

KOBİA I yarımildə hansı işləri görüb?-Hesabat

14-07-2023
Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023
KOBİA NRYTN ilə birgə startapları dəstəkləyir

KOBİA NRYTN ilə birgə startapları dəstəkləyir

19-09-2019
KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023
KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək

KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək

10-07-2023
KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

09-10-2025
E-KOB evi portalı test rejimində istifadəyə verilib

E-KOB evi portalı test rejimində istifadəyə verilib

16-12-2024
KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023
KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024
Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023
KOBİA və BP əməkdaşlığa başlayır

KOBİA və BP əməkdaşlığa başlayır

13-03-2023
KOBİA INSME-nin İllik Toplantısında iştirak edib

KOBİA INSME-nin İllik Toplantısında iştirak edib

22-10-2025
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilir

Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilir

16-11-2023
Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

16-11-2022
KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022
“Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

“Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

17-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə