Previous Next
Bağla

NewSpace Proqramının Final mərhələsi baş tutub

14-06-2019 17:32
NewSpace Proqramının Final mərhələsi baş tutub

“Azərkosmos” ASC və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi tərəfindən həyata keçirilən “NewSpace” Biznes Akselerator Proqramının Final mərhələsi (Demo Day) keçirilib.

Xeberler.az bildirir ki, tədbir Azərbaycan-Fransız Universitetində baş tutub.

Ötən ilin oktyabr ayında elan edilən proqramın əsas məqsədi kosmik xidmətlər və yaxın sahələrdə innovativ startap layihə və məhsullarının aşkar edilməsi, onların inkişafı və bazara çıxışının asanlaşdırılmasına dəstək verilməsidir. Proqram elan edildikdən sonra bu sahəyə maraq göstərən, innovativ ideya, layihə və məhsullara malik- tələbə, sahibkar, startapçı, müəllim, tədqiqatçı və s., peşələrdən olan – sahibkar ruhlu bir çox şəxs proqrama müraciət etdi.

Startap ekosistemi tərəfindən maraqla qarşılanan proqrama 5 ölkədən ümumilikdə 40 müraciət edilib. Onların arasından seçilən ən potensiallı 10 startap layihəsi proqrama qəbul olunun. Bu ilin yanvar-may aylarını əhatə edən “Akselerasiya” dövründə onlara proqramın təşkilatçıları tərəfindən peyk təsvirləri, iş ofisi, texniki və biznes təlimlər, ekspert, mentor və s. dəstək göstərilib. Burada startaplar ekspertlər tərəfindən proqramın müəyyən etdiyi vacib texniki və biznes konseptləri üzərində praktiki işləyərək layihələrinin ilkin işlək versiyasını hazırlayıblar. Həmçinin, startaplar öz məhsul və prototiplərinin hazırlanması istiqamətində vacib addımları yerinə yetirərək inkişaf ediblər.

Bu gün keçirilən Final mərhələsində isə sözügedən startaplar Jüri qarşısına çıxıblar. Jüri tərəfindən seçilən 3 layihə – “Orient Map”, “ThermoNorth”, və “Power Academy” - “NewSpace” Biznes Akselerator proqramının qalibi olub, “Azərkosmos” tərəfindən mükafatlandırılaraq aşağıdakı məbləğlərdə toxum investisiya əldə edib:

I yerin qalibi “Orient Map” (Süleyman Əliyev, Şəhriyar İsmayılov) : 10.000 manat;

II yerin qalibi “ThermoNorth” (Murad Rəhimov) : 5.000 manat;

III yerin qalibi “Power Academy” (Fərəc Qasımov) : 3.000 manat.

Bunlarla yanaşı, qaliblər “Azərkosmos” ilə birlikdə beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı əldə edəcəklər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ClimateLaunchpad startapının ölkə finalı baş tutub

ClimateLaunchpad startapının ölkə finalı baş tutub

31-07-2019
“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

21-10-2025
Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

09-07-2018
"INNOLAND" və "Nextstep”in birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır

"INNOLAND" və "Nextstep”in birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır

09-06-2022
“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

14-05-2026
SUP  ilk proqramına seçilən startapları açıqladı

SUP ilk proqramına seçilən startapları açıqladı

26-01-2016
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

13-06-2026
“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

17-04-2025
Azərbaycan AgroX innovasiya proqramına start verir

Azərbaycan AgroX innovasiya proqramına start verir

15-05-2019
Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

03-05-2023
ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

11-07-2017
Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018
İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018
İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı

19-06-2026
 İntellektual startap çempionatı başlayıb

İntellektual startap çempionatı başlayıb

06-10-2017
“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025
İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024
“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb

“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb

25-12-2024
Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

02-05-2025
II və III yer üzrə qaliblər təltif olunub

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022
agroX Müsabiqəsinin ilkin seçim mərhələsi baş tutub

agroX Müsabiqəsinin ilkin seçim mərhələsi baş tutub

25-06-2019
Bakı Ali Neft Məktəbinin tələbələri müsabiqənin qalibi oldular

Bakı Ali Neft Məktəbinin tələbələri müsabiqənin qalibi oldular

06-12-2018
"INNOLAND" beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

"INNOLAND" beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

18-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə