Previous Next
Bağla

“Bline” internet provayderi “SmartPay”ə qoşuldu

16-09-2021 16:34
“Bline” internet provayderi “SmartPay”ə qoşuldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə məxsus “SmartPay” ödəmə sisteminə daha bir internet provayderi əlavə olundu.

Bir çox xidmətləri vahid platformada toplayan “SmartPay” ödəmə sisteminə “Bline” internet provayderi də qoşuldu.

Artıq bu internet provayderlərinin abonentləri “smartpay.az” saytından “internet provayderlər” bölməsini, daha sonra “Bline” seçib abunə kodlarını qeyd etməklə heç bir komissiya haqqı olmadan aylıq ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.

Xeberler.az bildirir ki, AZCLOUD bulud xidmətləri nəzdində təqdim olunan “SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə yüksək şəkildə təminat verən “SmartPay” ödəmə sistemi Azərbaycanın bütün ərazisini əhatə edir.

Elektron ödənişlər üçün isə smartpay.az saytından istifadə etmək olar. Bundan əlavə, “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri “Play Store”da “ SmartPay Wallet ” yazıb axtarış etməklə tətbiqi mobil qurğularına yükləyib ödənişlərini edə bilərlər.

“SmartPay” vasitəsilə istifadəçilər kommunal ödənişlər, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi, mobil nömrələrdə balansın artırılması və s. kimi xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, “SmartPay” ödəmə sisteminin İT infrastrukturunun AZCLOUD əlçatanlıq zonasında olması məlumat mübadiləsini istər mobil, istərsə də digər cihazlar vasitəsilə təhlükəsiz və sürətli şəkildə təqdim etməsinə imkan verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha iki internet provayderi “SmartPay”ə qoşuldu

11-08-2021

“SmartPay” ödəmə sisteminə 2 yeni xidmət əlavə olunub

01-06-2021

SmartPay ödəniş sistemi yeni imkanlar təqdim edir

02-04-2019

SmartPay” ödəmə sisteminin onlayn platformasına tələbat artıb

05-05-2020

Smartpay üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 21 min manatdan çox vəsait köçürülüb

27-03-2020

“AzDataCom” internet provayderi ön ödəmə sisteminə keçir

24-12-2020

NRYTN Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsini asanlaşdırıb

23-03-2020

www.rabita.az saytı yenilənib

29-01-2020

“Məlumat Hesablama Mərkəzində ağıllı layihələr” adlı onlayn tədbir təşkil edilib

16-12-2020

Azərbaycan poçtu PostPay ödəniş sistemini inkişaf etdirəcək

28-10-2019

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

Şəxsiyyət vəsiqələrində e-imzanın aktivləşdirilməsi üçün qanun layihəsi hazırlanır

10-11-2021

Qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib

24-08-2018

“Azərpoçt”un kart sahibləri artıq “Google Pay”lə ödəniş edə bilərlər!

10-06-2024

Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

26-07-2018

Banklar da eGovPay-ə qoşulur

20-05-2017

TuranBank ödəniş terminalları vasitəsilə kreditlərin ödənişinə start verdi

30-06-2015

Hesab.az-dan çoxdan gözlənilən yenilik

29-04-2019

IMEI kodların klonlaşdırılması ilə bağlı mübarizə aparılır

29-10-2019

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC “AZCLOUD”un müştəriləri sırasına daxil oldu

24-12-2020

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

06-12-2018

Şəbəkə xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 3 il ötür

10-02-2020

Hesab.az portalında istifadəçilərin sayı 150 mini keçib

27-01-2015

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə