Braziliyada internetdən istifadə edənlərə dosye açacaqlar

15-07-2008 / 14:33
Braziliyada İnternet-provayderlər bütün müştərilərinə dosyelər açacaqlar. Bu təklif, kibercinayətkarlıqla və internet şəbəkədə baş verən qanun pozuntuları ilə mübarizə üzrə yeni qanun layihəsi tərəfindən müəyyən olunub.

Yeni qanuna əsasən, internet-provayderlər müştərilərinin şəbəkəyə qoşulmaları haqda informasiyanı üç ilə dək gizli saxlamağa borcludular və hüquq mühafizə orqanları onu istədiyi təqdirdə təqdim etməlidirlər. Bundan əlavə xidmət göstərənlər, internet şəbəkəsində baş verən istənilən cinayət barədə xəbər verməyə borcludular.

Qanun layihəsi müəlliflərinin sözlərinə görə, söhbət qanuna riayət edənlərin senzura və ya hüquqlarının məhtudlaşdırılmasından getmir. Braziliya Senatının saytında yerləşdirilən məlumatda deyilir ki, - “Bu, informasiya texnologiyalarından istifadə etməklə, cinayətlərin sistemləşdirilməsi və bu sahədə nəzarəti gücləndirmək istiqamətində sadəcə birinci cəhtdir”.

Xüsusəndə, yeni qanunun müəlifləri əsas vəzifələrindən biri kimi, onun internet-şəbəkədə baş verən qeyri-qanuni fəaliyyət, pirat məhsulunun yayılması, pedofiliya və uşaq pornoqrafiyası ilə mübarizənin aparılmasını qeyd edirlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.