Previous Next
Bağla

Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

15-11-2016 13:13
Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir.

APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.

Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir.

Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişiklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır.

"Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir.

Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir", - deyə Z. Qaralov qeyd edib. (APA)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Saxta profillər məsələsi gələn həftə plenar iclasda müzakirəyə çıxarılır

Saxta profillər məsələsi gələn həftə plenar iclasda müzakirəyə çıxarılır

22-11-2016
İnternetdə Azərbaycan prezidentini təhqir edənlər cəzalana bilər

İnternetdə Azərbaycan prezidentini təhqir edənlər cəzalana bilər

15-11-2016
İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar

İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar

14-02-2019
Deputat saxta profilin cinayət məsuliyyəti yaratmasına aydınlıq gətirib

Deputat saxta profilin cinayət məsuliyyəti yaratmasına aydınlıq gətirib

16-11-2016
İnternetdə böhtan və təhqirə görə cərimələr artırlır

İnternetdə böhtan və təhqirə görə cərimələr artırlır

19-04-2017
 Azərbaycan İnternetinin azadlığı üçün təhlükə varmı?-Ekspert rəyləri

Azərbaycan İnternetinin azadlığı üçün təhlükə varmı?-Ekspert rəyləri

15-11-2016
İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

01-12-2017
Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

12-03-2026
Osman Gündüz : "‘Bu qanunun nəsə bir fayda verəcəyini düşünmürəm’"

Osman Gündüz : "‘Bu qanunun nəsə bir fayda verəcəyini düşünmürəm’"

30-04-2013
Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

17-03-2026
Saxta profillərdən xaricdə istifadə edilməsinin qarşısı necə alınacaq?

Saxta profillərdən xaricdə istifadə edilməsinin qarşısı necə alınacaq?

02-12-2016
Pilotsuz uçan aparatla şəxsi məlumatların əldə edilməsi qadağan olunub

Pilotsuz uçan aparatla şəxsi məlumatların əldə edilməsi qadağan olunub

17-05-2016
Qadağan olunmuş xəbərlərə görə cərimə- Məcəlləyə dəyişiklik

Qadağan olunmuş xəbərlərə görə cərimə- Məcəlləyə dəyişiklik

25-11-2017
Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025
Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

06-05-2026
Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

21-04-2026
Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

18-04-2019
Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

26-01-2026
Facebook saxta hesablarla bağlı  xəbərdarlıq edəcək

Facebook saxta hesablarla bağlı xəbərdarlıq edəcək

23-03-2016
Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

24-11-2025
Silahlı Qüvvələrlə bağlı məlumatların mediada yayılmasına görə inzibati məsuliyyət müəyyən edilir

Silahlı Qüvvələrlə bağlı məlumatların mediada yayılmasına görə inzibati məsuliyyət müəyyən edilir

19-12-2023
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilir

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilir

19-12-2025
«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013
Simboks ilə qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili halları artıb

Simboks ilə qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili halları artıb

20-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə