Previous Next
Bağla

Bu tarixdə ilin ən böyük Super Ay hadisəsi müşahidə olunacaq

22-08-2023 14:03
Bu tarixdə ilin ən böyük Super Ay hadisəsi müşahidə olunacaq

Avqust ayının 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Xeberler.az-a verilən məlumata görə, Ay Yerə ən yaxın məsafədə - orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olacaq və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçəcək.

Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olacaq. Perigeydə Aya qədər məsafə 357181 km təşkil edəcək. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.

Super Ay hadisəsini Azərbaycan ərazisində avqust ayının 30-dan 31-nə keçən gecə saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək olar. Bu hadisə adi Super Ay hadisələrindən biri hesab olunur. Sadəcə Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə (birinci Super Ay hadisəsi avqust ayının 1-dən 2-nə keçən gecə baş vermişdi), ikinci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu, o demək deyil ki, mavi Ay görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq adlandırılıb. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək ikinci Super Ay hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən bu, Super Mavi Ay adlandırılır.

Ay Yer ətrafında çevrə üzrə deyil, elliptik orbit üzrə hərəkət etdiyindən Ayın Yerdən məsafəsi daim dəyişir. Orbitdə ən yaxın nöqtə perigey, ən uzaq isə apogey adlanır. Lakin Günəşin və planetlərin cazibə sahələrinin təsiri nəticəsində perigey və apogey məsafələri stabil qalmır, periodik olaraq dəyişir. Perigey məsafəsi 356420 km-dən 369960 km-ə, apogey məsafəsi isə 404180 km-dən 406740 km-ə qədər dəyişə bilir. Son 100 ildə Ayın Yerə maksimal yaxınlaşması 1948-ci il yanvar ayının 26-da baş vermişdi. Bu zaman Aya qədər məsafə 356462 km olmuşdu. Növbəti belə maksimal yaxınlaşma 2034-cü il noyabr ayının 25-də baş verəcək, bu zaman Aya qədər məsafə 356447 km (indikindən 734 km daha yaxın) olacaq. Ümumiyyətlə, XXI əsrdə Ayın Yerə ən çox yaxınlaşması 2052-ci il dekabrın 6-da baş verəcək. Bu zaman Aya qədər məsafə 356424 km olacaq.

Super Ay insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur. Onlar yalnız adi Tam Aydakı qabarmalardan bir neçə santimetr yüksək qabarmalara səbəb olur. Super Tam (Dolu) Ay adi Tam Aydan bir qədər böyük və parlaq göründüyünə üçün insanları gecə səmasını öyrənməyə ruhlandırır və astronomiyanı daha da maraqlı edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gecə Super Ay müşahidə olunacaq

01-08-2023

Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq

24-10-2025

Azərbaycanda Super Ay hadisəsi müşahidə olunub

06-11-2025

Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək

31-10-2023

Azərbaycanda iki Ay tutulması müşahidə ediləcək

24-11-2017

Mars və Yer bir-birinə maksimal yaxınlaşacaq

13-01-2025

Bu gün ikinci Ay tutulması olacaq

07-08-2017

Bu gün ilin ilk Günəş tutulması baş verəcək

15-02-2018

Super Talent, Eee PC netbukları üçün SSD təqdim edir

09-10-2008

Avqustda tam Günəş tutulması baş verəcək

01-08-2017

Super Talent USB yaddaş kartlarının yeni seriyasını təqdim edir

30-10-2008

Azercell «Super BizdənBizə» tarif paketində dəyişikliklər edib

05-09-2009

Avqustun 21-də tam Günəş tutulması baş verəcək

14-08-2017

Dünyanın ilk fərdi super kompüterləri gəlir!

19-12-2008

Çin dünyanın ən güclü superkompüterini hazırladı

20-11-2009

Super Mario Run 1 günə 5 milyon dollar gəlirlə rekord qırdı

18-12-2016

Azərbaycan regionda informasiya texnologiyaları marşrutunun mərkəzinə çevriləcək

07-01-2009

Dünyanın ən sürətli super kompüterləri hansılardır?

26-06-2009

İBM-dən tibbi məqsədlər üçün istifadə ediləcək super kompüter

07-08-2009

​​​​​​​Azərbaycanda Ramazan bayramıdır

21-04-2023

Azercell “Super Fürsət” kampaniyasına başlayıb

23-03-2009

Brando Super Tiny klaviaturası ovuca yerləşir

24-09-2008

Qazaxıstan super kompüterə 50 milyon dollar yatırım edəcək

26-04-2025

Super Mario Maker rekord qırdı

03-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə