Super Mario Run 1 günə 5 milyon dollar gəlirlə rekord qırdı

18-12-2016 / 12:29

Super Mario Run mobil oyununu yayımlayan Nintendo yalnız 24 saat içərisində 5 milyon dollar gəlir əldə edib.

Oyunun yalnız iOS platformasında təqdim edilməsinə baxmayaraq 24 saatda 2.85 milyon dəfə yüklənərək Pokemon GO-nun rekordunu yeniləyib.

Xeberler.az xarici mediya istinadən məlumat verir ki, bu, Sensor Tower şirkətinin Super Mario Run ilə bağlı hazırladığı hesabatda qeyd edilib.

Qeyd edək ki, daha əvvəl bu rekordların sahibi olan Ninatic şirkətinin hazırladığı Pokemon GO Nintendo-ya bu qədər gəlir gətirməmişdi.

 Günel


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.