Previous Next
Bağla

Azərbaycanda rəqəmsal ödəniş ekosistemində yeni inkişaf dövrü başlayır

10-08-2023 16:43
Azərbaycanda rəqəmsal ödəniş ekosistemində yeni inkişaf dövrü başlayır

Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun rəqəmsal ödəniş ekosistemində innovativ həllərin tətbiqinə əsaslanan yeni inkişaf dövrünün başlanılmasını təmin edəcək.

Bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.

Onun sözlərinə görə, ödəniş xidməti təchizatçıları üzərində tənzimləmə-nəzarət çərçivəsini formalaşdıran bu qanun mövcud fintexlərin, qabaqcıl beynəlxalq təcrübədə olduğu kimi, lisenziyalaşdırılmasını və ya qeydiyyat prosedurunun tətbiqini təmin edir.

“Bununla yanaşı fintexlər yeni və daha innovativ ödəniş xidmətlərinin göstərilməsini əldə edəcəklər. Qanunun bu xüsusiyyəti ekosistem iştirakçıları arasında rəqabətin daha da artmasına və ödəniş xidməti istifadəçiləri olan istehlakçıların ehtiyaclarını qarşılayacaq innovativ həll və texnologiyaların tətbiqinə imkan verəcək. Eyni zamanda, bu qanun açıq bankçılıq texnologiyasının tətbiqi əsasında ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidmətlərinin göstərilməsini, rəqəmsal platformaların fəaliyyətinin daha da aktivləşməsini təmin edəcək”.

ABA-nın rəsmisi hesab edir ki, qanunun digər mühüm bir xüsusiyyəti isə maliyyə inklüzivliyinin inkişafına göstərəcəyi müsbət təsirdir:

“Belə ki, ödəniş agentləri şəbəkəsinin daha ucqar regionlarda formalaşdırılması, məsafədən göstərilən ödəniş xidmətlərinə üstünlük verilməsi maliyyə xidmətlərini əhali üçün daha əlçatan edəcək”.

T.Rüstəmov maliyyə bazarlarında müşahidə ediləcək başqa bir yeniliyin ödəniş xidməti istifadəçisi olan istehlakçıların rəqəmsal ödənişlər sahəsində bir sıra üstünlüklər qazanması olacağını deyir:

“Belə ki ödəniş xidməti istifadəçilərinin məlumatlandırılması, ödəniş sərəncamının icrası və xidmət haqlarının tətbiqi, avtorizə edilməmiş ödəniş əməliyyatları üzrə məsuliyyət bölgüsü, müqavilə münasibətlərinin daha da dəqiqləşdirilməsi, ödəniş alətinə və fərdiləşmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələrə dair tələblər istehlakçıların hüquqlarının daha da möhkəmlənməsini təmin edəcək”.

Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fariz Osmanov bildirib ki, bu yeni qanun həm istehlakçılar, həm də bizneslər üçün əlçatanlığı, təhlükəsizliyi və səmərəliliyi artıraraq ödəniş xidmətləri və sistemləri sektorunda innovasiyalara və inkişafa yol açır:

“Bu, ölkəmizin daha inkişaf etmiş və dinamik fintex mənzərəsinə doğru səyahətində əhəmiyyətli bir mərhələni qeyd edir. “Bu qanun həm istehlakçılar, həm də bizneslər üçün əlçatanlığı, təhlükəsizliyi və səmərəliliyi artıraraq ödəniş xidmətləri və sistemləri sektorunda innovasiyalara və inkişafa yol açır”.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev bildirib ki, qanunun qəbul edilməsi ilə ölkəmizdə ödəniş bazarında elektron pul təşkilatının və ödəniş təşkilatının lisenziyalaşdırılması və nəzarəti ilə bağlı hüquqi çərçivə formalaşacaq: "Elektron pulun emissiyası və istifadəsinin hüquqi çərçivəsi yaranacaq, ödəniş xidməti istifadəçilərinin hüquqi müdafiəsi güclənəcək, açıq bankçılıq prinsipləri əsasında üçüncü tərəf xidmət təchizatçılari fəaliyyət göstərəcək, gücləndirilmiş müştəri autentifikasiyasi üzrə tələblər müəyyən ediləcək, ödəniş agentləri fəaliyyət göstərəcək və ödəniş sistemi operatorlarının fəaliyyət göstərməsi üçün hüquqi çərçivə müəyyən ediləcək. Əminəm ki, qanun ölkəmizin ödəniş ekosisteminin, xüsusən də fintexlərin inkişafına çox böyük töhfə verəcək".

Qeyd edək ki, Mərkəzi Bank hər hansı şəxsin bu qanunla müəyyən edilmiş qaydada lisenziya almadan və ya reyestrə daxil edilmədən ödəniş xidmətlərini və ya operator fəaliyyətini göstərdiyini aşkar etdikdə, dərhal həmin şəxsə ödəniş xidmətləri və ya operator fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir və aidiyyəti dövlət orqanlarına bu barədə məlumat verə bilər. (Report) 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Prezident "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqlədi

Prezident "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqlədi

09-08-2023
Azərbaycanda ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılmasının vaxtı açıqlanıb

Azərbaycanda ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılmasının vaxtı açıqlanıb

06-09-2023
Azərbaycanda ödəniş sistemləri haqqında qanun layihəsi hazırlanıb

Azərbaycanda ödəniş sistemləri haqqında qanun layihəsi hazırlanıb

17-05-2018
Tahir Mirkişili: "Ödəniş xidmətlərinə çıxış imkanları genişləndiriləcək"

Tahir Mirkişili: "Ödəniş xidmətlərinə çıxış imkanları genişləndiriləcək"

24-06-2023
 “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsini l oxunuşda təsdiqləndi

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsini l oxunuşda təsdiqləndi

24-06-2023
Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013
AMB-nin departament rəhbəri: Ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək

AMB-nin departament rəhbəri: Ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək

06-09-2023
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun 3 aya qüvvəyə minəcək

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun 3 aya qüvvəyə minəcək

24-06-2023
Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları müəyyən olunur

Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları müəyyən olunur

22-06-2023
Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

22-06-2023
Ödəniş xidməti təchizatçılarının fəaliyyətinə dair tələblər müəyyən edilir

Ödəniş xidməti təchizatçılarının fəaliyyətinə dair tələblər müəyyən edilir

22-06-2023
Ödəniş xidməti 3 halda ödəniş alətini bloklaşdırmaq hüququna malik olacaq

Ödəniş xidməti 3 halda ödəniş alətini bloklaşdırmaq hüququna malik olacaq

22-06-2023
Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

22-06-2023
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun ölkəyə nə verəcək?

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun ölkəyə nə verəcək?

24-06-2023
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi qəbul edilib

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi qəbul edilib

14-07-2023
İlk onlayn ödəniş şirkəti Golden Pay Mərkəzi Bankdan Elektron Pul Təşkilatı lisenziyasını əldə etdi!

İlk onlayn ödəniş şirkəti Golden Pay Mərkəzi Bankdan Elektron Pul Təşkilatı lisenziyasını əldə etdi!

30-08-2024
Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022
Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində dövlət rüsumları müəyyən edilir

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində dövlət rüsumları müəyyən edilir

13-10-2023
ABA: “Card-to-card” əməliyyatları ilə bağlı yeni tələblər müəyyən ediləcək

ABA: “Card-to-card” əməliyyatları ilə bağlı yeni tələblər müəyyən ediləcək

19-11-2025
ABB və "KPMG-Azərbaycan"ın təşkilatçılığı ilə “Rəqəmsal Ödənişlər Dialoqu” keçirilib

ABB və "KPMG-Azərbaycan"ın təşkilatçılığı ilə “Rəqəmsal Ödənişlər Dialoqu” keçirilib

30-11-2023
Zakir Nuriyev: "Fintex" şirkətlərinin şəffaflığının artırılması zəruridir"

Zakir Nuriyev: "Fintex" şirkətlərinin şəffaflığının artırılması zəruridir"

13-06-2023
"AniPay"ın fəaliyyəti dayandırılır

"AniPay"ın fəaliyyəti dayandırılır

03-03-2026
Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

06-09-2023
Ötən il 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub

Ötən il 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub

10-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə