Previous Next
Bağla

Carlsberg plastik tullantıların azaldılması üçün innovasiyalar tətbiq edir

01-10-2018 14:14
Carlsberg plastik tullantıların azaldılması üçün innovasiyalar tətbiq edir

“Carlsberg Group” bu gün plastik tullantıların həcmini qlobal səviyyədə hər il 60 milyon plastik paket ekvivalenti – 1 200 tondan artıq həcmə azaltmağa imkan verəcək qablaşdırma sahəsində bir sıra qabaqcıl innovasiya, o cümlədən bankaların “Snap Pack” multipaklarında yeni birləşdirmə formatını elan edib.

Xeberler.az  məlumat verir ki, “Snap Pack” – pivə bankalarını birlikdə birləşdirməyə və “Carlsberg”in altı banka ilə multipaklarının qablaşdırılması üçün istifadə olunan örtüdən (plyonkadan) imtina etməyə imkan verən qabaqcıl texnologiyadır. İnnovasiya ilk dəfədir ki pivə hazırlama sahəsində tətbiq olunub və ənənəvi multipaketlərin qablaşdırılması üçün istifadə edilən plastikin həcmini 76%-dək azalmağa imkan verəcək. “Snap Pack” multipakları “Carlsberg Group”un bu gün elan edilən ekoloji cəhətdən səmərəli qablaşdırma sahəsində innovasiyalar seriyasından yalnız biridir. Bu innovasiyalar arasında həmçinin aşağıdakılar var:

- Şüşə butulkanın etiketi üçün “Cradle-to-Cradle Silver” ilə sertifikasiya olunan boyalara keçid etiketin emalını təkmilləşdirməyə imkan verəcək;

- Dövriyyə şüşə butulkası üçün yeni örtük onun istifadə müddətini artırmağa və ətraf mühitə təsirini azaltmağa imkan verəcək;

- Oksigeni çıxaran yeni qapaqlar pivənin dadını daha uzun müddət saxlamağa imkan verəcək.

Bu “Carlsberg Group”un uzunmüddətli strateji məqsədlərinin – SIFIR karbon izi və SIFIR su itkisi – daxil olduğu “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramı çərçivəsində istehlakçılara yönələn ilk innovasiyalardır. İnnovasiyalar ilk növbədə yenilənmə və təkmilləşmənin təmin olunması üçün “Carlsberg” flaqman brendinə aid olacaq. Bu, istehlakçılara ətraf mühitə təsiri azaltmağa imkan verəcək əla dada malik pivənin “Çox güman ki, dünyada ən yaxşı pivə” əfsanəvi sloqanını
möhkəmləndirmək üçün atılan bir addımdır.

“Bu, “Carlsberg” üçün vacib gündür. Dayanıqlı inkişaf sahəsində məqsədlərimizə nail olmaq və iqlim dəyişmələri ilə mübarizədə köməklik göstərmək üçün ciddi səylə çalışırıq. Biz daim təkmilləşməyə çalışırıq və bugünkü buraxılış təsisçimizin izi ilə daha yaxşı gələcəyə necə getdiyimizi dəqiqliklə nümayiş etdirir.  “Carlsberg” “Snap Pack” plastik tullantıların miqdarını əhəmiyyətli dərəcədə azaldacaq və biz istehlakçılarımıza ətraf mühitə daha az təsir edən pivəni dadmaq imkanını bəxş etməyi səbirsizliklə gözləyirik”, - deyə “Carlsberg Group”un prezidenti və icraçı direktoru Kees’t Xart qeyd edib.

“Carlsberg Group”un tədqiqatçılar komandası həm istehlakçılar, həm iqlim üçün müsbət dəyişikliklərə səbəb olacaq innovasiyaları yaratmaq məqsədilə tərəfdaşlarla birlikdə çalışıb. Dayanıqlı inkişaf sahəsində yeni həllərin sürətlə tətbiq olunması üçün “Carlsberg Group”, həmçinin Danimarkanın “Plastic Change” Ekoloji Təşkilatı ilə strateji tərəfdaşlıq və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) ilə Dayanıqlı İnkişaf məsələləri ilə bağlı çoxdankı dialoqun davam etdirilməsi barədə elan edib.

“Snap Pack” işə salınmasını qeyd etmək üçün “Carlsberg Group” tamamilə “Snap Pack” texnologiyası ilə birləşdirilən bankalardan ibarət məşhur Su pərisi abidəsinin yeni unikal versiyasını təqdim edib. Su pərisinin “Snap Pack” multipaklarında istifadə olunan xüsusi yapışqanla birləşdirilən konstruksiyası “Carlsberg Group”un nəfis dada malik olmaqla yanaşı, ətraf mühit üçün daha yaxşı olan pivənin hazırlanması üçün səylərini təcəssüm etdirir. İnstalyasiyanın hündürlüyü 3 metr təşkil edir. Onun elementlərindən biri 137 kiloqram plastikdən olan uzanan dalğadır. “Carlsberg Group”  “Snap Pack” sayəsində bir saatda plastik miqdarını (ildə 1 200 ton) məhz bu miqdara azaldacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Carlsberg Azerbaijan təhlükəsiz avtomobil idarəetmə üzrə görüş təşkil etdi

18-09-2018

Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı

12-06-2024

Plastik tullantılardan neft əldə etməyə imkan verən zavod tikilib

06-02-2017

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

"Bakcell"in dəstəyilə növbəti "Xəzəri qoruyaq!" kampaniyası 

07-10-2022

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

03-10-2024

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

18-10-2024

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024

Bakcell irimiqyaslı ekoloji aksiyaya qoşulub

20-09-2021

Mastercard və tərəfdaşları Qiymətsiz Planet Koalisiyası yaradıblar

22-01-2020

Windows Vista Service Pack 2 aprel ayında istifadəyə veriləcək

02-12-2008

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

23-09-2020

Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək

22-10-2025

“Azerconnect" karbon emissiyalarının azaldılması ilə bağlı tədbirdə iştirak edib

07-10-2024

İşçilərini həbs cəzası ilə təhdid etdi

22-01-2018

BƏƏ-də günəş enerjisi ilə təmin edilən hotel açılacaq

06-05-2015

NEQSOL Holding Brandon Hall Group Silver Award Mükafatına layiq görülüb

27-08-2021

AZAL və OpenAirlines şirkəti razılaşma imzalayıb

19-09-2019

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024

NEQSOL Holding mükafata layiq görülüb

06-09-2022

Yeni “Firefox”dan yeni şərtlər

02-04-2012

Mürəkkəbsiz şəkil çəkən kamera

03-09-2015

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

15-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə