Previous Next
Bağla

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024 11:43
Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

“Azercell Telekom” MMC COP29-un rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edərək davamlı və dayanıqlı inkişafa, ətraf mühitin mühafizəsinə sadiqliyini bir daha nümayiş etdirir. COP29-la tərəfdaşlıq çərçivəsində şirkət dayanıqlılıq strategiyasını gücləndirməklə yanaşı, daha yaşıl gələcək üçün yeni əməkdaşlıqların qurulmasını hədəfləyir.

“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova şirkətin cəmiyyət və ətraf mühit qarşısında üzərinə götürdüyü sosial məsuliyyəti vurğuladı: “Azercell Azərbaycanın lider mobil operatoru və ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biridir. Şirkətimiz ölkə boyu tətbiq etdiyi ekoloji cəhətdən təmiz texnologiyalar və bərpa olunan enerji həlləri vasitəsilə ətraf mühitə təsirini minimuma endirməyə çalışır. İqlim dəyişikliyinə qarşı mübarizə səylərini dəstəkləməklə biz korporativ idarəetmədə yeni standartlar da müəyyən edirik.

Birlikdə daha dayanıqlı və yaşıl gələcək üçün zəmin yarada biləcəyimizə inanıram”. COP29 Azərbaycanın İdarə Heyətinin sədri Nərmin Carçalova Azercell-in təcrübəsinin bu tədbirin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib: “Azercell ölkəmizdə ən böyük bazar payına sahib mobil operator olaraq telekommunikasiya məkanında böyük nüfuza malikdir. Hər zaman ölkəmizə innovativ texnoloji yenilikləri gətirən Azercell COP29-da sosial yönümlü layihələrini, xüsusilə də iqlim fəaliyyəti ilə bağlı həyata keçirdiyi təşəbbüsləri nümayiş etdirmək imkanı əldə edəcək”.

Azercell-in dayanıqlılıq siyasəti müxtəlif ekoloji təşəbbüslər vasitəsilə karbon emissiyalarının azaldılması, enerjidən istifadənin optimallaşdırılması, su və yanacaq səmərəliliyinin artırılmasına yönəlib. Şirkət 2017-ci ildən etibarən ölkə ərazisində günəş enerjisi ilə işləyən baza stansiyalarının tətbiqinə başlayıb. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyası fəaliyyət göstərir və onların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılanır. Həmçinin Azercell bir sıra qlobal iqlim təşəbbüslərini də dəstəkləyir. Belə ki, BMT-nin Qlobal Sazişinə və GSMA-nın İqlim Fəaliyyəti İşçi Qrupuna qoşulmaqla Azercell digər bazar iştirakçılarını da ətraf mühitlə bağlı səylərini gücləndirməyə təşviq edir. Qeyd edək ki, bu il Azercell ictimaiyyətə ilk ESG hesabatını da təqdim edib.

10 gün davam edəcək tədbir zamanı Azercell COP29-un keçiriləcəyi məkanda konfrans iştirakçılarını kəsintisiz telekommunikasiya xidmətləri ilə təmin edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır

01-11-2024

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024

Azercell-in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu başa çatıb

23-11-2024

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

16-05-2024

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

13-12-2023

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

08-05-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

01-12-2023

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

21-08-2025

Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

25-11-2024

Azercell-in növbəti ESG tədbiri baş tutdu

11-06-2024

“Azercell” azad edilmiş ərazilərdə 100-ə yaxın baza stansiya quraşdırıb

10-03-2023

Azercell və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışdılar

23-05-2024

Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb

02-11-2024

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

02-04-2024

Emin Əmrullayev: Yaşıl ixtisasların inkişafı bizim prioritetdir

12-11-2024

Azercell mükəmməl rabitə, təmiz ekologiya uğrunda çalışır

02-10-2015

Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

24-04-2026

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

15-09-2025

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024

Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur

16-11-2024

Azercell baza stansiyalarının sayını artırıb

08-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə