Previous Next
Bağla

Cənubi Koreyada dördüncü mobil operator fəaliyyətə başlayacaq

01-06-2015 13:10
Cənubi Koreyada dördüncü mobil operator fəaliyyətə başlayacaq

Koreya Respublikası hökuməti rəqabəti gücləndirməklə mobil rabitə tariflərini ucuzlaşdırmağı planlaşdırır.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən vediyi məlumata görə, bu məqsədə nail olmaq üçün ölkədə adı hələlik açıqlanmayan yeni - dördüncü mobil rabitə operatoru fəaliyyətə başlayacaq. Bu barədə “Korea Herald” nəşri Elm, İnformasiya-Kommunikasiya Texnologiyaları və Gələcəyin Planlaşdırılması Nazirliyinə istinadən məlumat verib.

Hazırda Cənubi Koreyada üç operator (SK Telecom, KT Corp və LG Uplus) fəaliyyət göstərir. Lider “SK Telecom” mobil rabitə operatorudur. Hökumət nümayəndələrinin fikrincə, operatorların tarifləri istifadəçilər üçün bir qədər bahadır, buna görə də yeni operator, xüsusilə tezliklərin bölüşdürülməsində bir sıra imtiyaz və güzəştlərə malik olacaq. Bundan başqa, yeni operatora şəbəkəni mərhələli şəkildə qurmağa icazə veriləcək.  

Bildirilir ki, rəqabəti gücləndirmək üçün görüləcək daha bir tədbir operatorların yeni tariflərinin təsdiq edilməsi prosesinin yenidən müzakirəyə çıxarılması olacaq. Hazırda onlar yeni tariflər üçün müraciət edərək sonradan onun təsdiqini gözləyirlər, buna da iki ayadək vaxt lazım olur. Təklif olunan islahatlara görə, bu müddət 15 günədək azaldılacaq ki, bu da operatorlara istehlak tələbatı dəyişikliklərinə daha operativ reaksiya verməyə imkan verəcək.

Təkliflərin son siyahısı iyunun sonunadək dərc ediləcək. Bunun üçün hökumət yeni planı ictimai müzakirəyə çıxarmağı planlaşdırır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell Delta Telecom-un mobil bazara gəlişindən təşvişə düşüb

08-10-2015

Rusiyada daha bir mobil rabitə operatoru işə başlayacaq

24-07-2015

Azərbaycanda mobil rabitə tarifləri azaldılacaq

22-01-2009

2017-ci ildə evlərə 100 meqabitlik İnternet çəkiləcək

18-05-2015

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

5-ci mobil operator gəlir - ÖZƏL

15-10-2015

6 rabitə operatoru məhkəməyə verildi

20-07-2010

Delta Telecom mobil internet bazarında haqsız rəqabət yarada bilərmi?

14-10-2015

Asiya 5G şəbəkəsinin tətbiqi üzrə lider olacaq

05-08-2015

“Azercell Telecom” ilin sonunadək abunəçilərin sayını 4 mln-a çatdırmaq niyyətindədir

13-11-2008

Mobil rabitə xidmətlərinə lisenziya 10 illik müddətə veriləcək

02-03-2017

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri mobil rabitə operatorlarını kəskin tənqid edib

22-01-2011

Elmir Vəlizadə:Bakcell şirkətinə 099 prefiksi artıq ayrılıb

07-11-2019

İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Fondu bu ilin sonunda fəaliyyətə başlayacaq

12-07-2013

Cənubi Amerikada istifadəçilər 37 mobil ödəniş xidmətindən yararlana bilir

15-05-2015

Əli Abbasov mobil operatorların rominq tariflərindən razı deyil

11-02-2011

Mobil operatorların lisenziyasının vaxtı bitir

28-08-2015

Yeni nəsil SİM-kartlar gəlir

22-11-2010

Azərbaycanda mobil operatorların işi yoxlanılacaq

06-04-2015

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

“Yeni mobil operatorların bazara daxil olması bizi qorxutmur”

24-02-2016

Mobil nömrənin daşınması məsələsi niyə reallaşmır?

31-05-2013

Nazirlik və Bakcell 099 kodu ilə bağlı açıqlama verib

03-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə