Previous Next
Bağla

Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub

27-03-2025 15:24
Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin oyun ekosistemini təmsil edən nümayəndə heyəti 2025-ci ilin mart ayında ABŞ-nin San Fransisko şəhərində keçirilən dünyanın ən nüfuzlu tədbirlərindən biri olan “Oyun Tərtibatçıları Konfransı”nda (Game Developers Conference – GDC 2025) iştirak edib.

Xeberler.az məlumat verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndələri beynəlxalq oyun studiyaları, texnologiya şirkətləri və investorlarla birbaşa əlaqələr qurmaq, oyun sənayesindəki qlobal trendlərlə tanış olmaq və yerli məhsulların qlobal bazarlara çıxışı üçün imkanları araşdırmaq imkanı əldə ediblər.

Mədəniyyət Nazirliyi tərəfindən nümayəndə heyətinin bu konfransda iştirakı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndində nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilib.

Həmçinin “Oyun Tərtibatçıları Konfransı 2025” çərçivəsində Beynəlxaq Oyun Tərtibatçıları Assosiasiyası tədbirində qurumun Azərbaycan fəslinin rəsmi açılışı elan olunub.

“Gametech” klasteri Azərbaycanda yeni investisiyaları cəlb etməyə, hekayələr, qrafik dizayn və animasiya kimi sahələrdə çalışan mütəxəssislərin təkmilləşməsinə, mədəni irsin innovativ üsullarla tanıdılmasına və qeyri-neft sektorunun şaxələndirilməsinə təkan verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Oyun studiyaları üçün “Digital Dragons 2026”ya müraciət qəbulu başlayıb

10-04-2026

Azərbaycanda ilk dəfə Game Dev Konfrans keçiriləcək

26-02-2021

Azərbaycanın videooyun studiyaları İRİA-nın dəstəyi ilə Almaniyada təmsil olunub

27-08-2024

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026

“INNOLAND”də oyun tərtibatçıları üçün “Demo day” keçirilib

11-04-2022

Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

19-03-2025

"Google Developers Group Games"-in dünyadakı 3-cü mərkəzi Bakıda açılıb

24-05-2021

Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

18-12-2020

"GameTech – Gələcəyin əyləncəsi: oyun" tədbiri keçirilib

18-12-2020

“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

13-03-2025

Azərbaycan startapları Avstriyada investorlara təqdim olunub

12-03-2024

DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsi keçiriləcək

15-10-2025

Naxçıvanda ödənişsiz oyun tərtibatı təlimləri silsiləsi başlayır

29-01-2025

Yeni “YouTube Gaming” oyun xidməti istifadəyə verildi

16-06-2015

Rəşad Əzizov: Azərbaycan oyun texnologiyaları üzrə liderə çevrilə bilər

04-12-2024

MAFİOZİ.AZ –YENİ OYUN SAYTI!!!

13-02-2009

Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

11-08-2025

"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

18-09-2025

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

17-06-2025

Google-da oyun da oynamaq olacaq

25-06-2011

“Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" panel sessiyası keçirilib

09-12-2025

64 GB Ram-a malik oyun kompüteri

08-08-2015

Rəqəmsal oyun düşərgəsi başa çatdı-Fotolar

11-09-2023

"Süni intellekt Strategiyası” çərçivəsində görüş keçirilib

24-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə