Google Chrome 3 istifadəçilərə təqdim edildi

17-09-2009 / 12:13

Google veb-brauzerini təkmilləşdirməyə davam edir. Google, Chrome 2-nin tam şəklini may ayında hazır etmişdi. Chrome 3 isə indi beta versiyasından tam azad oldu. Chrome 3, əvvəlki versiyalara nisbətdə daha çox sürətlidir. Google-yə görə brauzer, ilk betadan bu yana yüzdə 150 nisbətində sürətlənib. Chrome 3-ün açılış səhifəsində də əhəmiyyətli dəyişikliklər edilib. Bu səhifə artıq köhnəsinə nisbətən daha çox fərdiləşdirmə variantı təqdim edir. Dilədiyiniz saytı bura sabitləyə, kiçik şəkillərin yerlərini dəyişdirə bilərsiniz.

Axtarış qutusu, ya da bilinən adı Omnibox olan funksiya da yenilənib. Chrome 3, digər versiyalara görə daha ağıllı bir Omniboxa sahibdir. Artıq bura bir şeylər yazdığınızda açılan menyuda hansı variantların təklif, hansı variantların keçmiş, hansı variantların favoritləriniz arasında iştirak etdiyini asanlıqla anlaya biləssiniz.

Google Chrome-dən Chrome 2-yə keçəndə yenilik etməməkdə günahlandırılmışdı. İndi isə google Chrome 3-ə keçid edərkən əməlli başlı yeniliklər edib. Chrome istifadəçiləri, artıq brauzerlərinin görünüşünü fərqli mövzulardan istifadə edərək dəyişdirə bilərlər. Bunun üçün Variantlar pəncərəsini açmaq və Fərdi Elementlər sütünunun altında iştirak edən Mövzu götür düyməsinə basmaq lazımdır. Sonra mövzuların siyahısı gələcək və arasından istədiyinizi seçmək mümkün olacaq.

Google Chrome 3 brauzerini bu linkdən yükləyə bilərsiz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə