İnternet Explorer-ə sağ ol!

02-05-2015 / 12:05

Microsoft öz son konfrasında tanıtdığı Microsoft Edge ilə gündəmə gəldi.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, Windows 10 ƏS üçün yayda Edge brauzeri yayımlanacaq. Edge Google-un Chrome-u, Apple-ın Safarisi, və Mozilla-ın Firefox-undan ilhamlanaraq dizayn edilib və Mİcrosoftu yenidən Veb aləminin 1-cisi etmək üçün hazırlanıb.

edge

Microsoft şirkətinin Edge adından əvvəl bu brauzer üçün Project Spartan adlandırıldığını bilirdik, amma rəsmi açıqlamasında bu brauzerin adını ilk dəfə deyib.

Edge brauzeri İnternet Explorerin bir yeni versiyası və ya dəyişdirilməsi deyil. Brauzer tam olaraq sıfırdan yazılmış yeni proqram təminatıdır və yeni xüsusiyyətləri ilə birlikdə gələcək. Bu xüsusiyyətlərdən biri isə ilk dəfə olaraq yeni səhifənin debütü olacaq.

edges

Bundan başqa Google Chrome və Mozilla Fİrefoxda olan “extensionlar”, yəni əlavələr də artıq Edge-də olacaq və bu brauzer üçün əlavələrin yazılması Google Chrome və Mozilla Firefox-a çox yaxın edilib. Bunun səbəbi olaraq o brauzerlər üçün olan əlavələrin Edge-ə inteqrasiyasının daha asan olması göstərilir.

İsmayıl İsmayılov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə