CİB tətbiqi yüklənmə sayına görə birinci oldu

13-11-2015 / 14:12

Beynəlxalq APPlyzer analitik saytının statistik nəticələrinə əsasən, maliyyə (finance) sektoruna aid olan tətbiqlər siyahısında azərbaycanlılar tərəfindən ən çox yüklənilən tətbiq CİB olub.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  bu kateqoriyadan olan rəqiblərini geridə qoymaqla CİB həm Google Play Store, həm də iTunes Store-da yüklənmə sayına görə birinci yerə yüksəlib. Tətbiqin ümumi yüklənmə sayı 30 mini keçib.

2-ci yerdə Hesab.az, 3-cü yerdə isə Albalı  yer alıb.  

Qeyd edək ki,  dörd aydır ki, xidmət göstərən  CİB tətbiqi bu qısa zaman ərzində böyük rəğbətlə qarşılanıb və plastik kart istifadəçiləri arasında geniş yayılıb.

CİB Respublikada ilk vahid mobil bankçılıq həllidir. CİB tamamilə ödənişsizdir. Həllin tam funksionallığı hesabın idarə olunması, kartların idarə olunması, pul köçürmələri və ödəmələrindən  ibarətdir.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə