Cib telefonları hack edilə bilmədi

01-04-2009 / 11:33

Zero Day Initiative`nin təşkil etdiyi Pwn2Own adlı hacker yarışmasında brauzerlərin hack hücumuna nə dərəcədə dayanıqlı olması sınanmışdı. Növbə cib telefonlarına gəlib çatanda maraqlı vəziyyət ortaya çıxdı.

Belə ki cib telefonları hec cürə hack edilə bilmədi. Hackerlər iPhone, Windows Mobile, Symbian, Android və BlackBerry`ni bir-bir sınaqdan keçirdilər və heç birini hack edə bilmədilər. Buna səbəb cib brauzerlərinin dayanıqlı olması deyil.

Əsas məsələ cib telefonlarının prosessor və yaddaş gücünün hacker əməliyyatları üçün yetərsiz olmasıdır. Bundan əlavə, hər telefon fərqli GSM operatorunun xüsusiyyətlərinə görə nizamlanır və bu da hackerlərin işini çətinləşdirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə