Previous Next
Bağla

COP29-un yenilənmiş rəqəmsal məlumat platforması istifadəyə verilib

04-11-2024 09:09
COP29-un yenilənmiş rəqəmsal məlumat platforması istifadəyə verilib

11-22 noyabrda Bakıda keçiriləcək COP29 konfransının rəsmi rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib. Təkmilləşdirilmiş versiyada olan vebsayt COP29 konfransı ilə bağlı maraqlı tərəflərin əhatəli məlumatla təmin olunmasına xidmət edir.

Xeberler.az məlumat verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Konfrans iştirakçıları, yerli və beynəlxalq media, ictimaiyyət üçün iqlim konfransına dair ən aktual məlumatları operativ şəkildə təqdim edən yeni vebsayt inklüzivlik və müyəssərlik tələbləri nəzərə alınaraq hazırlanmışdır. Vebsayt görmə məhdudiyyətli şəxslər üçün xüsusi uyğunlaşdırılmış interfeysi təmin edərək, hər kəsin rahat və sərbəst istifadəsinə imkan yaradır.

Yenilənmiş resurs qlobal iqlim konfransının mediada geniş işıqlandırılması üçün mətbuat nümayəndələrinə ən son məlumatlara çıxış imkanı verir. Rəqəmsal məlumat platformasında COP29-la əlaqədar informasiyaların operativ şəkildə yenilənməsi medianın dəqiq və vaxtında məlumat almasına imkan verir. COP29 rəsmi vebsaytının digər mühüm yeniliklərindən biri media nümayəndələrinin COP29-la əlaqədar tədbirlərdən çəkilmiş yüksək keyfiyyətli foto və videoları əldə edə biləcəyi eksklüziv multimedia qalereyasıdır. Bu resurs, jurnalistlərə COP29-un əhəmiyyətini geniş auditoriyaya daha təsirli şəkildə çatdırmaq üçün peşəkar vizual materiallardan istifadə etməyə fürsət yaradır.

İstifadəçilərin məlumatlara çıxışını təmin edən tez-tez verilən suallar (FAQ) bölməsində isə konfransda iştiraka dair hər kəsi maraqlandıran aktual suallar və cavablar əhatə olunub və bu bölmə mütəmadi olaraq yenilənir. Bundan əlavə, yeni vebsaytda istifadəçilər üçün real vaxtda sualların cavablandırılması üçün “Chatbox” xidməti də istifadəyə verilib. Bu xidmət istifadəçilərin konfransın təşkilati və texniki detalları barədə informasiya əldə etməsini asanlaşdırır.

COP29 rəqəmsal məlumat platformasında iştirakçılar üçün konfransın Mavi və Yaşıl Zonalarında yerləşəcək pavilyonlarla bağlı məlumatlar, qonaqlama, e-viza, akreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlər haqqında geniş məlumatlar da yer alıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

COP29.az vebsaytı istifadəyə verilib

03-05-2024

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verilib

02-07-2024

COP29 konfransının proqramı açıqlanıb

09-11-2024

Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkətidir

07-11-2024

COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib

24-10-2024

COP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir

21-08-2024

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin testinə başlanıb

07-11-2024

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində yeni menyu yaradılıb

06-11-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

"X" platformasında COP29 əleyhinə saxta hesablardan istifadə aşkarlanıb

01-11-2024

Azərbaycan COP29 iştirakçıları üçün xüsusi vizanı tətbiq edib

04-11-2024

Dövlət Xidməti: “COP29” ilə bağlı saxta səhifələrin sayı artıb

26-08-2024

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masa keçiriləcək

06-11-2024

Bu gün Bakıda COP29 işə başlayır

11-11-2024

COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb

08-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

11-11-2024

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

21-10-2024

Gənclər Kitabxanasında “COP29-un gündəliyi” elektron resurslar bazası yaradılıb

22-11-2024

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə