Previous Next
Bağla

COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb

08-11-2024 14:27
COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb

Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb.

Xeberler.az bildirir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, yeni fəaliyyətə başlayan COP29 Məlumat mərkəzlərinin məqsədi konfransla bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır. COP29 Məlumat mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər.

Ümumilikdə doqquz Məlumat Mərkəzi Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən də qonaqlama məkanları və nəqliyyat baxımından əlverişli nöqtələrdə yerləşir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində bu mərkəzlərdən yeddisi daha əvvəl şəhərin qonaqlarına xidmət göstərən mərkəzlərin bazasında, digər ikisi isə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub.

Qeyd edək ki, məlumat əldə etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən istifadəyə verilmiş *1029 qısa nömrəsi və canlı çat vasitəsilə COP29 Çağrı Mərkəzi ilə də əlaqə saxlamaq mümkündür.

COP29 Məlumat mərkəzlərinin ünvanı:

1. Nizami küçəsi, “Nərgiz” Ticarət Mərkəzinin arxası

2. Dənizkənarı Milli Park, “Park Bulvar” Ticarət Mərkəzinin arxası

3. Albert Aqarunov küçəsi

4. “Koroğlu” metrostansiyası (Bakı Stadionu tərəfinə çıxış)

5. Heydər Əliyev Sarayı

6. “Port Baku” Ticarət Mərkəzinin çıxışı

7. “Sea Breeze Resort” kompleksi

8. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 1

9. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 2

Məlumat mərkəzlərinin iş saatları:

Şəhər ərazisində: 10:00-19:00

Heydər Əliyev Beynəlxalq Aeroportu: 24/7

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində yeni menyu yaradılıb

06-11-2024

COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib

24-10-2024

Bakıda COP29 İnformasiya mərkəzləri fəaliyyətə başlayacaq

25-10-2024

Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkətidir

07-11-2024

Azərbaycan COP29 iştirakçıları üçün xüsusi vizanı tətbiq edib

04-11-2024

COP29-un yenilənmiş rəqəmsal məlumat platforması istifadəyə verilib

04-11-2024

COP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir

21-08-2024

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin testinə başlanıb

07-11-2024

COP tarixində bir ilk: "Çağrı Mərkəzi" fəaliyyət göstərəcək

25-10-2024

COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

02-11-2024

“Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masa keçiriləcək

07-11-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

COP29 trafikinin kiberhücumlara qarşı mütəmadi monitorinqi təşkil edilib

02-11-2024

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

Heydər Əliyev Mərkəzlərinin inteqrativ veb-portalı yaradılır

09-04-2019

COP29.az vebsaytı istifadəyə verilib

03-05-2024

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verilib

02-07-2024

Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi elektron ədliyyə köşkləri quraşdırılıb

01-04-2019

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024

"COP29" -da fəaliyyət göstərəcək könüllülərə təlimlər keçirilib

29-10-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masa keçiriləcək

06-11-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

21-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə