Previous Next
Bağla

"X" platformasında COP29 əleyhinə saxta hesablardan istifadə aşkarlanıb

01-11-2024 19:33
"X" platformasında COP29 əleyhinə saxta hesablardan istifadə aşkarlanıb

“X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin birgə yaydığı açıqlamada bildirilib.

Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.

Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.

Qeyd edək ki, bu ilin noyabrında Bakı şəhərində təşkil ediləcək COP29-la bağlı effektiv kommunikasiya strategiyası həyata keçirilir və ictimaiyyət operativ qaydada məlumatlandırılır.

Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti bu tip çaşdırıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq.

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi “X” sosial media platformasını saxta məlumatlar əsasında aparılan bu informasiya kampaniyasını araşdırmağa çağırır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Məclis Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib

18-06-2025

Dövlət Xidməti: “COP29” ilə bağlı saxta səhifələrin sayı artıb

26-08-2024

MEDİA: “EekadFacts” internet resursunda yayılan məlumatlar reallığı əks etdirmir

10-10-2024

Milli Məclis Azərbaycana qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb

06-08-2025

Milli Məclis: 600-ə yaxın hesabdan Anti-Azərbaycan kampaniyası aparılır

02-07-2025

MEDİA: Daxili işlər naziri adından saxta açıqlama yayılıb

22-07-2025

MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

23-09-2025

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

Azərbaycanın informasiya məkanına qonşu ölkədən müdaxilə olub

31-01-2025

MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

23-07-2025

Medianın İnkişafı Agentliyi açıqlama yayıb

21-07-2025

MEDİA: Məlumat yayarkən rəsmi mənbələrə istinad edin

24-04-2026

COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər

31-01-2024

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024

Medianın İnkişafı Agentliyi açıqlama yayıb

11-11-2024

MEDİA Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib

27-01-2026

MEDİA: Sosial mediada “deep fake” ilə hazırlanmış açıqlamalar yayılır

28-07-2025

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

21-10-2024

COP29-un yenilənmiş rəqəmsal məlumat platforması istifadəyə verilib

04-11-2024

Seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video saxtadır

07-02-2024

Bakı aeroportu adından vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir

05-09-2024

MEDİA: XİN adından feyk məlumatlar yayılır

28-01-2025

Yaqub Eyyubovun adından “deep fake” texnologiyası ilə açıqlama hazırlanıb

21-07-2025

Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb

07-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə