Previous Next
Bağla

CYBERPOINT-dən kibertəhlükəsizlik sahəsində daha bir uğur: 3 yeni CVE!

17-10-2026 10:06
CYBERPOINT-dən kibertəhlükəsizlik sahəsində daha bir uğur: 3 yeni CVE!

CYBERPOINT-in R&D komandası Windows kernel drayverlərində üç yeni təhlükəsizlik zəifliyi aşkar edib

Kibertəhlükəsizlik yalnız mövcud təhdidlərə qarşı mühafizə tədbirlərindən ibarət deyil, həm də əvvəllər məlum olmayan zəifliklərin sistemli tədqiqatlar vasitəsilə aşkarlanmasını və aradan qaldırılmasını nəzərdə tutur. Bu yanaşma əsasında fəaliyyət göstərən CYBERPOINT-in Tədqiqat və İnkişaf (R&D) komandası Windows əməliyyat sistemində istifadə olunan üç fərqli kernel drayverində təhlükəsizlik boşluqları aşkar edib. Zəifliklərin hər biri beynəlxalq səviyyədə tanınaraq rəsmi CVE identifikatoru ilə qeydiyyata alınıb.

Hansı məhsullara təsir edir?

Aşkar edilən boşluqlar VPN bağlantılarının idarə olunması, operativ yaddaşın RGB işıqlandırmasının tənzimlənməsi, eləcə də kompüterin temperaturuna və fan sürətinə nəzarət funksiyalarını təmin edən üç fərqli proqram təminatının Windows kernel drayverlərinə aiddir.

  • CVE-2026-19380 – Mullvad WireGuard-un wireguard.sys drayverində resursların idarə olunması ilə bağlı zəiflik müəyyən edilib. Bu boşluq sistemin sabitliyinə və əlçatanlığına təsir göstərə bilər. Ətraflı: https://www.cve.org/CVERecord?id=CVE-2026-19380
  • CVE-2026-19381 – Kingston FURY CTRL-un NTIOLib_KSFX.sys drayverində aşkar edilən yüksək riskli boşluq lokal səlahiyyətlərin artırılması (Privilege Escalation) imkanı yarada bilər. Ətraflı: https://www.cve.org/CVERecord?id=CVE-2026-19381
  • CVE-2026-19382 – Almico SpeedFan-ın speedfan.sys drayverində aşkar edilmiş yaddaş sızması (Memory Leak) zəifliyi sistem resurslarının tükənməsinə və xidmətin dayanmasına səbəb ola bilər. Ətraflı: https://www.cve.org/CVERecord?id=CVE-2026-19382

Bu nəticələr nə ifadə edir?

Üç fərqli məhsul, üç fərqli təhlükəsizlik zəifliyi və üç beynəlxalq CVE qeydiyyatı CYBERPOINT komandasının təhlükəsizlik həllərinin tətbiqi ilə yanaşı, proqram təminatının nüvə səviyyəsində işləyən komponentləri, o cümlədən Windows kernel səviyyəsində aktiv tədqiqatlar apardığını göstərir.

CYBERPOINT hesab edir ki, kibertəhlükəsizlik sahəsində peşəkar səriştənin inkişafı mövcud hücumların təhlilindən əlavə, potensial hücum səthlərinin sistemli araşdırılmasını, əvvəllər məlum olmayan zəifliklərin aşkarlanmasını və əldə olunan biliklərin təhlükəsizlik icması ilə paylaşılmasını tələb edir. Komanda bu yanaşma əsasında tədqiqatlarını davam etdirərək mürəkkəb texnoloji sistemlərin təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsinə töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ETX: "Splunk Enterprise" və "Splunk Cloud"da boşluq aşkar edilib

ETX: "Splunk Enterprise" və "Splunk Cloud"da boşluq aşkar edilib

10-10-2025
Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib

Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib

08-07-2025
“Samsung”un mobil cihazlarında boşluq aşkar olunub

“Samsung”un mobil cihazlarında boşluq aşkar olunub

28-12-2024
Adobe proqramını yeniləyin-Xəbərdarlıq

Adobe proqramını yeniləyin-Xəbərdarlıq

16-03-2018
Dövlət Xidməti: “Linux”da hakerlərin istifadə etdiyi Top-15 boşluq müəyyən olunub"

Dövlət Xidməti: “Linux”da hakerlərin istifadə etdiyi Top-15 boşluq müəyyən olunub"

02-09-2021
Elektron Təhlükəsizlik Xidməti “Apple” məhsullarında boşluqlar aşkarlayıb

Elektron Təhlükəsizlik Xidməti “Apple” məhsullarında boşluqlar aşkarlayıb

24-06-2023
“Exchange Server” üçün çoxsaylı təhlükəsizlik yenilənmələri təqdim edilib

“Exchange Server” üçün çoxsaylı təhlükəsizlik yenilənmələri təqdim edilib

10-03-2021
Azərbaycanda "Apple" məhsullarında boşluqlar aşkar edilib

Azərbaycanda "Apple" məhsullarında boşluqlar aşkar edilib

11-04-2023
Android-də 12 ciddi boşluq aradan qaldırılıb

Android-də 12 ciddi boşluq aradan qaldırılıb

10-08-2017
“Samsung” istifadəçiləri üçün təhlükə: Fərdi məlumatlarınız ələ keçə bilər

“Samsung” istifadəçiləri üçün təhlükə: Fərdi məlumatlarınız ələ keçə bilər

24-05-2023
Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021
Xəbərdarlıq: IBM-in məhsulunda kritik boşluq aşkar edilib

Xəbərdarlıq: IBM-in məhsulunda kritik boşluq aşkar edilib

16-03-2023
Yüz minlərlə poçt serveri təhlükədədir

Yüz minlərlə poçt serveri təhlükədədir

10-03-2018
Milyonlarla Android və iOS cihazları üçün təhlükə

Milyonlarla Android və iOS cihazları üçün təhlükə

17-08-2017
Hakerlər Android sistemi ilə işləyən 1.4 milyard cihazı dinləyə bilər

Hakerlər Android sistemi ilə işləyən 1.4 milyard cihazı dinləyə bilər

17-08-2016
“Google Chrome” veb-brauzerində boşluq aşkarlanıb

“Google Chrome” veb-brauzerində boşluq aşkarlanıb

19-04-2023
ETX: “Citrix”in cihazlarında yaddaş təhlükəsizliyi boşluğu aşkar olunub

ETX: “Citrix”in cihazlarında yaddaş təhlükəsizliyi boşluğu aşkar olunub

29-11-2024
Outlook-da kritik boşluq aşkarlandı-Xəbərdarlıq

Outlook-da kritik boşluq aşkarlandı-Xəbərdarlıq

18-03-2023
Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022
Azərbaycanlı ekspertin Lenovodan tapdığı boşluq təsdiqləndi

Azərbaycanlı ekspertin Lenovodan tapdığı boşluq təsdiqləndi

05-04-2019
Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022
Cisco Secure Firewall Management Center’də kritik boşluq aşkarlanıb

Cisco Secure Firewall Management Center’də kritik boşluq aşkarlanıb

10-03-2026
1 milyarddan çox qurğu təhlükədədir

1 milyarddan çox qurğu təhlükədədir

31-07-2019
Azərbaycanı Hədəf Alan Kiber Təhdid Qrupları Haqqında Hesabat hazırlanıb

Azərbaycanı Hədəf Alan Kiber Təhdid Qrupları Haqqında Hesabat hazırlanıb

28-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə