Previous Next
Bağla
REKLAM YERİ

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

29-01-2026 12:24
Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

Azərbaycanda "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr" informasiya sisteminin yaradılması istiqamətində işlər davam etdirilir və sistemin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Xeberler.az məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sözügedən sistem Azərbaycan Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2324 nömrəli Fərmanına uyğun olaraq yaradılır.

Sədr bildirib ki, fərmanın 3.1-ci bəndinə əsasən "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr" informasiya sistemi haqqında Əsasnamə layihəsi hazırlanıb, aidiyyəti qurumların rəyləri nəzərə alınmaqla yenidən işlənib və razılaşdırılması üçün təqdim edilib.

Eyni zamanda, fərmanın 3.2-ci bəndinə uyğun olaraq müvafiq normativ-hüquqi akt layihələri hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub.

N.Almovanın sözlərinə görə, yeni sistem daşınmaz əmlakın kadastr və reyestr məlumatlarının vahid elektron platformada toplanmasına, məlumat mübadiləsinin sürətlənməsinə, xidmətlərin daha operativ və şəffaf göstərilməsinə imkan verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015

Ünvan reyestrinin yaradılması “Elektron hökumət” proqramının tərkib hissəsidir

23-02-2009

Daşınmaz əmlakın qeydiyyatı zamanı İKT geniş tətbiq olunub

23-09-2015

Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı onlayn iclas keçirilib

20-10-2023

Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi

03-10-2015

Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılıb

01-03-2012

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014

Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

25-09-2013

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

01-10-2015

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

Azərbaycanda mənzil nömrələrində dəyişiklik olacaq

11-03-2015

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

20-08-2020

Azərbaycanda küçə və prospektlərin kodlaşdırılmasına başlanılıb

29-09-2015

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Azərbaycanda ünvan tapmaq asanlaşır

13-06-2016

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı məlumat verilib

11-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə