Previous Next
Bağla

Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı məlumat verilib

11-12-2015 13:16
Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı məlumat verilib

Dekabrın 11-də Neftçala rayonunda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şirvan şəhər, Neftçala, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Xeberler.az bildirir ki, vətəndaşların müraciətləri əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir çox vətəndaş onlara ayrılan torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət ediblər. Eyni zamanda, bəzi müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub.

Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.

Komitə sədri qəbulda komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunu təmin etmək məqsədilə sosialyönümlü tədbirlərin artırıldığını nəzərə çatdırıb. Bildirilib ki, artıq ayda bir neçə dəfə olmaqla, həm Bakıda, həm də regionlarda “Kütləvi çıxarış” kampaniyası keçirilir, mobil ofis xidmətləri göstərilir.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər birbaşa vətəndaşların ünvanına çatdırılır və yerlərdə təqdim olunur. Qeyd edilib ki, mülkiyyət hüquqlarının tənzimlənməsində, o cümlədən daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” prinsipinin tətbiq edilməsi nəticəsində bütün qeydiyyat prosesi bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılır. 

Qəbulda torpaq idarəçiliyi ilə bağlı məsələlərə toxunan komitə sədri artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib. Bu sistemin yaranması ilə respublikada torpaqların dəqiq sərhədləri və koordinatlarının müəyyənləşəcəyi bildirilib. Qeyd olunub ki, bu proses vətəndaşların, həmçinin bələdiyyələrin torpaqlar üzərində mülkiyyət hüquqlarının daha operativ və dəqiq qeydiyyata alınmasını təmin edəcək.

 

Ruhəngiz Muradova

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

01-10-2015
Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019
Mobil ofis xidmətləri vasitəsilə mülkiyyət sənədləri qəbul edilib

Mobil ofis xidmətləri vasitəsilə mülkiyyət sənədləri qəbul edilib

04-12-2015
Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015
 “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015
Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015
Daşınmaz əmlakın qeydiyyatı zamanı İKT geniş tətbiq olunub

Daşınmaz əmlakın qeydiyyatı zamanı İKT geniş tətbiq olunub

23-09-2015
Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi

Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi

03-10-2015
Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

13-01-2017
Əmlak Məsələləri Dövlət Komitəsində virtual qəbul təşkil olunub

Əmlak Məsələləri Dövlət Komitəsində virtual qəbul təşkil olunub

09-10-2019
Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019
Təkrar qeydiyyat onlayn rejimdə necə  aparılır?

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018
Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019
Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

13-02-2024
Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

24-07-2017
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyası Maştağa qəsəbəsində

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyası Maştağa qəsəbəsində

18-02-2019
Özəlləşdirmə prosesində elektron hərracların tətbiqi genişləndirilir

Özəlləşdirmə prosesində elektron hərracların tətbiqi genişləndirilir

26-07-2015
Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015
Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019
ƏMDK-in sədr müavini Tərtərdə vətəndaşları qəbul edəcək

ƏMDK-in sədr müavini Tərtərdə vətəndaşları qəbul edəcək

11-09-2019
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

26-11-2018
Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018
Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

20-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə