Previous Next
Bağla

Azərbaycanda ünvan tapmaq asanlaşır

13-06-2016 11:48
Azərbaycanda ünvan tapmaq asanlaşır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanda beynəlxalq standartlara uyğu yeni ünvan sisteminin qurulması uğurla davam etdirilir.

Bu sistem Azərbaycanda həm əhalinin, həm də dövlət və özəl qurumların faydalana biləcəyi mühüm layihədir.

Əmlak Məsələləri Dövlət Komitəsindən Xeberler.az-a verilən məlumata görə, ünvan məsələsi vətəndaşların, biznes qurumlarının, eləcə də dövlət orqanlarının gündəlik işində mühüm məsələlərdən biridir. Digər tərəfdən, şəhər, qəsəbə və kəndlərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, əhalinin urbanizasiyası mükəmməl ünvan sisteminin olması zərurətini artırır.

Bütün bunlar nəzərə alınaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qısa müddət ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Bu sistem daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, saxlanılması, ləğv edilməsi və digər fəaliyyətləri təmin edir. Sistemdə bütün daşınmaz əmlaklarla bağlı ünvan məlumatları, eləcə də küçə və prospektlər ilə bağlı digər məlumatlar rəqəmsal şəkildə toplanır.

Qeyd edək ki, ölkənin ünvan tarixində ilk dəfə olaraq, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanıb, ünvanların elektron idarə edilməsinə nail olunub.Ünvan xəritəsindən çıxarış, obyektlərə ünvan verilməsi işi elektronlaşıb. Həmçinin, ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb.

Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası” tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir. Ünvan işi elə qurulur ki, onun məlumatları yaşından, intellektual səviyyəsindən, peşəsindən və s. asılı olmayaraq, bütün insanlar üçün rahat, istifadə edilə bilən, dəqiq və aydın olsun. Başqa sözlə, ünvan məlumatları onu axtaran vətəndaşa, hüquqi şəxsə, qurumlara (təcili yardım, yanğınsöndürmə, polis və s.) ünvan obyektinə tez, ən qısa yolla, vaxt itirmədən və rahat çatmasını təmin edir.

Hazırda Ünvan Reyestri İnformasiya Sistemində ölkənin 6 şəhəri, 50 rayonu üzrə 6705 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun təyin edilmiş 603126 giriş ünvanı, 335037 ədəd daxili ünvan məlumatları mövcuddur. Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 45 rayonun 1259 kənd yaşayış məntəqələri üzrə 13527 adsız küçə formalaşdırılıb. Yaxın aylar ərzində onların adlandırılması ilə bağlı müvafiq müraciətlər ediləcəkdir.

Ünvan məlumatlarının axtarışı sistemi də sadələşdirilib. Ünvanlar haqqında istənilən an çevik və müfəssəl məlumat əldə etmək olar. Ünvan Reyestri İnformasiya Sistemi digər məlumat bazaları, axtarış-informasiya sistemləri, əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestr bazaları ilə inteqrasiya edilib. 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

ÜRİS qurumlarla informasiya mübadiləsinə hazırdır

23-04-2016

Azərbaycanda Ünvan Reyestri tətbiq edilməyə başlayıb

06-01-2015

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

05-12-2018

2017-ci ildə bütün ölkə üzrə elektron ünvan xidməti göstəriləcək

01-10-2015

Azərbaycanda küçə və prospektlərin kodlaşdırılmasına başlanılıb

29-09-2015

Azərbaycanda mənzil nömrələrində dəyişiklik olacaq

11-03-2015

Bakıdakı köhnə və yeni ünvanlar dəyişməyəcək

13-01-2015

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

06-12-2018

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

25-09-2013

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

06-10-2015

Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

20-06-2017

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

29-01-2026

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

01-10-2015

Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılıb

01-03-2012

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə adlı info-tur və açıq qapı günü keçirilib

12-02-2019

Elm və təhsildə data idarəçiliyi tətbiq ediləcək

27-02-2026

Ünvan reyestrinin yaradılması “Elektron hökumət” proqramının tərkib hissəsidir

23-02-2009

AzNav istifadəçilərin sayı 270 mini ötüb

17-01-2018

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısı genişləndirilib

26-07-2023

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

13-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə