Previous Next
Bağla

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019 11:41
Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsini əhatə edən xidmətlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin regional ofislərində və elektron formada göstərilir.

Xeberler.az  bildirir ki, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi məsələləri bu istiqamətdə göstərilən xidmətlərə aiddir. Qanunvericiliklə müəyyən edilmiş qaydalarda torpaq sahəsi ayrıldıqda, daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda habelə, obyekt müvafiq qaydada istismara qəbul edildikdə, daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda daşınmaz
əmlaklara ünvan verilməsi aparılır. Eləcə də, daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, ayrı-ayrı hissələrə bölündükdə və daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yaranan zaman ünvan verilməsi xidmətləri göstərilir.

Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün müraciət edən mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Əmlak Xidmətləri Məkanına, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin regional ofislərində və ya elektron formada müraciət etməlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlaklara ünvan verilməsi xidmətindən onlayn istifadə etmək üçün isə Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 7-ci bölməyə (Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu) daxil olmaq olar.

Xidmətdən istifadə etmək üçün ərizə (fiziki və hüquqi şəxs tərəfindən təqdim olunduqda), şəxsiyyəti təsdiq edən sənəd, daşınmaz əmlakın istifadədə, icarədə və ya mülkiyyətdə olmasını təsdiq edən sənəd, xidmət haqqının ödənilməsi barədə sənəd tələb olunur. Ərizə dövlət orqanları və bələdiyyələr tərəfindən təqdim olunduqda müşayət məktubu, nümayəndə tərəfindən təqdim olunduqda səlahiyyəti təsdiq edən etibarnamə və nüməyəndənin şəxsiyyətini təsdiq edən sənəd də xidmətin həyata keçirilməsi zamanı tələb olunan sənədlərə aiddir.

Daşınmaz əmlak obyektinə ünvan verilməsi xidməti üçün dövlət rüsumu tələb olunmur. Xidmət haqqı isə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 nömrəli qərarı” ilə müəyyən olunur. Ərizə daxil olduğu gündən 3 iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir. Bu barədə ərizəçiyə və ya onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019
Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019
Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019
Azərbaycanda ünvan tapmaq asanlaşır

Azərbaycanda ünvan tapmaq asanlaşır

13-06-2016
Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019
Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019
Azərbaycanda Ünvan Reyestri tətbiq edilməyə başlayıb

Azərbaycanda Ünvan Reyestri tətbiq edilməyə başlayıb

06-01-2015
ÜRİS qurumlarla informasiya mübadiləsinə hazırdır

ÜRİS qurumlarla informasiya mübadiləsinə hazırdır

23-04-2016
Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019
“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısı genişləndirilib

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısı genişləndirilib

26-07-2023
Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014
Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

14-03-2019
Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015
Ünvan reyestrinin yaradılması “Elektron hökumət” proqramının tərkib hissəsidir

Ünvan reyestrinin yaradılması “Elektron hökumət” proqramının tərkib hissəsidir

23-02-2009
Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

06-10-2015
"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021
Azərbaycanda küçə və prospektlərin kodlaşdırılmasına başlanılıb

Azərbaycanda küçə və prospektlərin kodlaşdırılmasına başlanılıb

29-09-2015
Azərbaycanda mənzil nömrələrində dəyişiklik olacaq

Azərbaycanda mənzil nömrələrində dəyişiklik olacaq

11-03-2015
2017-ci ildə bütün ölkə üzrə elektron ünvan xidməti göstəriləcək

2017-ci ildə bütün ölkə üzrə elektron ünvan xidməti göstəriləcək

01-10-2015
“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020
Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019
www.emdkdedrx.gov.az ünvanlı veb-sayt istifadəyə verilib

www.emdkdedrx.gov.az ünvanlı veb-sayt istifadəyə verilib

07-01-2010
Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

27-02-2019
Bakıdakı köhnə və yeni ünvanlar dəyişməyəcək

Bakıdakı köhnə və yeni ünvanlar dəyişməyəcək

13-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə