Previous Next
Bağla

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

20-08-2020 15:55
Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib.

Xeberler.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini, rəis vəzifəsini icra edən Nigar Alimova deyib.

“Prezident İlham Əliyevin 18 avqust 2020-ci il tarixli fərmanı ilə elektron çıxarışın məzmunu təsdiq edilib. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanuna edilən dəyişikliyə əsasən, 2019-cu ildən etibarən çıxarışlar kağız formada deyil, ərizəçilərə elektron formada təqdim olunur”, - deyə o bildirib.

N. Alimovanın sözlərinə görə, hüquq sahibi hüquq müəyyənedici sənədlərlə birlikdə daşınmaz əmlakın dövlət reyestrin ərazi idarələrinə müraciət edir və bu müraciətlər əsasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı həyata keçirilir və çıxarış hazırlanır: "Çıxarış hazırlandıqdan sonra isə hazır sənədlər elektron qaydada hüquq sahibinə ötürülür. Qeyd etmək lazımdır ki, əgər daşınmaz əmlak üzərində hüquqlar alqı-satqı müqaviləsi əsasında əldə olunursa, bu zaman ərizəçinin müvafiq reyestr strukturuna yaxınlaşmasına zərurət yoxdur. Notariuslarla aparılan onlayn inteqrasiya əsasında həmin alqı-satqı müqaviləsi və avtomatik generasiya olunan ərizə göndərilir reyestr strukturuna və bunun əsasında müvafiq çıxarışlar hazırlanır”.

Çıxarışların göndərilməsi qaydasına gəldikdə isə N. Alimova vurğulayıb ki, ərizəçilərin müraciət zamanı qeyd etdikləri mobil nömrələrinə çıxarış hazır olduqda SMS bildiriş göndərilir: “Bu SMS bildirişdə həm çıxarışın hazır olması, həmçinin müvafiq linkə daxil olmaqla hazır olan çıxarışı əldə etmək və çap etmək imkanı yaradılır. Sonuncu fərman nəinki elektron çıxarışın məzmunu və orda göstərilməli olan məlumatların dairəsini müəyyən edir, həmçinin çox mühüm digər tapşırığın icrası da həvalə olunub. Belə ki, bu fərmanla 2006-cı ildən 2019-cu ilədək dövrü əhatə edən intervalda verilən kağız çıxarışlar, yəni mülkiyyət və digər hüquqları təsdiq edən sənədlərin elektron şəkildə transformasiya olunmaqla onların “Elektron hökumət” informasiya sisteminə yerləşdirilməsi tapşırığı verilib”.

N. Alimova onu da qeyd edib ki, kağız çıxarışların məhv olması, itməsi halları ola bilər: “Bu halda əvvəlki dövrlərdə əgər yeni çıxarışın əldə olunması üçün polis orqanından arayış, qəzetdə elan tələb olunurdusa, yeni dəyişikliyə əsasən yalnız ərizə ilə müraciət olunmaqla qısa müddət ərzində elektron şəkildə çıxarışları əldə etmək mümkün olacaq”. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

31-05-2017

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019

Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi

03-10-2015

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019

Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

12-04-2019

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

29-01-2026

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

13-02-2024

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Mobil qeydiyyat kampaniyası davam edir

19-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə