Previous Next
Bağla

Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

11-08-2025 16:43
Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı ilə yerli oyun studiyaları üçün keçirilən ilk beynəlxalq inkubasiya proqramı (Xsolla–IDDA Incubation Program)  yekunlaşıb. Proqramda iştirak edən komandalar 7 avqust “Demo Day” günündə layihələrini münsiflər heyəti, eləcə də investorlar önündə təqdim ediblər. 8 avqust tarixində baş tutan proqramın yekun rəsmi tədbirində ümumi dəyəri 225 min manat olan müsabiqənin qalibləri elan edilib. 

Xeberler.az bildirir ki, yekun tədbirdə çıxışı zamanı İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli inkubasiya proqramının yerli oyun sənayesinin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini vurğuylayıb: “Biz İRİA olaraq yerli oyun ekosisteminin potensialını görürük və onun inkişafına xüsusi diqqət ayırırıq. Bu inkubasiya proqramı vasitəsilə ölkəmizin oyun studiyaları xarici bazarlara çıxış üçün mühüm bilik və bacarıqlara yiyələniblər, beynəlxalq ekspertlərin qabaqcıl təcrübəsini öyrəniblər ”. 

“Xsolla” şirkətinin regional icraçı direktoru Fuad Kərimov İRİA ilə bu şirkət arasında əməkdaşlığın önəminə toxunub və xüsusilə qeyd edib ki, bu inkubasiya proqramı yerli istedadlar üçün əvəzsiz töhfədir və onların gələcək inkişafı baxımından yeni perspektivlər yaradır.

İnkubasiya proqramında iştirak edən oyun studiyalarının layihələri yerli və beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətində “Xsolla” şirkətinin baş video oyun analitiki Ernest Çanq, “Landfall Games” şirkətinin baş biznes meneceri Rebekka Lautner, “Fireshine Games” şirkətində biznes portfeli üzrə baş menecer Casper Tanner-Barns, “Xsolla” şirkətinin Cənubi Avropa, Yaxın Şərq və Afrika üzrə biznesin inkişafı vitse-prezidenti İlayda Bayarı, “Gamepons”un təsisçisi və baş direktoru Vüsal Kərimli və “Darts Games” studiyasının təsisçisi Novruz Cavadov yer alıb.

Yekun tədbirin davamında “Xsolla–IDDA Incubation Program”ın üç qalibini elan edilib. Belə ki, birinci yerə “Cool Bears Game Studio” (100 000 AZN), ikinci yerə “Exterra” (75 000 AZN) və üçüncü yerə (50 000 AZN) “Dynamic Box" komandaları layiq görülüb. 

Qeyd edək ki, İRİA ötən il Azərbaycanda oyun ekosisteminin inkişafını gücləndirmək məqsədilə dünya səviyyəsində tanınan oyun kommersiya şirkəti “Xsolla” ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində cari ilin 12 mayından etibarən hibrid formatda ilk beynəlxalq inkubasiya proqramı - “Xsolla–IDDA Incubation Program” keçirilib. Proqramın başlıca məqsədi qabaqcıl beynəlxalq təcrübə və mentor dəstəyini ölkəmizə gətirməklə yüksək potensialı olan yerli oyun studiyalarının inkişafına təkan verməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

19-03-2025

“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

13-03-2025

"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

18-09-2025

Oyun studiyaları üçün “Digital Dragons 2026”ya müraciət qəbulu başlayıb

10-04-2026

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026

“INNOLAND”də oyun tərtibatçıları üçün “Demo day” keçirilib

11-04-2022

Azərbaycanın videooyun studiyaları İRİA-nın dəstəyi ilə Almaniyada təmsil olunub

27-08-2024

Rəşad Nəbiyev Xsolla şirkətinin prezidenti ilə görüşüb

10-09-2025

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025

"Google Developers Group Games"-in dünyadakı 3-cü mərkəzi Bakıda açılıb

24-05-2021

Google-da oyun da oynamaq olacaq

25-06-2011

“IDDA Awards”ın mükafatlandırma mərasimi keçirilib

17-12-2025

"GameTech – Gələcəyin əyləncəsi: oyun" tədbiri keçirilib

18-12-2020

“Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" panel sessiyası keçirilib

09-12-2025

Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub

27-03-2025

“Ecosystem Meetup” tədbiri keçirilib

15-03-2024

"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

13-12-2024

Azərbaycanda bu günədək 5 akselerasiya proqramı həyata keçirilib

13-12-2024

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024

Naxçıvanda ödənişsiz oyun tərtibatı təlimləri silsiləsi başlayır

29-01-2025

Azərbaycanda ilk dəfə Game Dev Konfrans keçiriləcək

26-02-2021

Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

17-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə