Previous Next
Bağla

“Ecosystem Meetup” tədbiri keçirilib

15-03-2024 15:34
“Ecosystem Meetup” tədbiri keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə ekosistem oyunçuları arasında mütəmadi keçirilən növbəti görüş aktual məsələləri əhatə edən təqdimatlar və zəngin fikir mübadiləsi ilə yadda qalıb. Qurumun innovasiya üzrə rəhbəri İqor Ovçarenko “Spring’24 Ecosystem Meetup”ı giriş sözü ilə açdıqdan sonra İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina qonaqları cari ilin birinci rübü ərzində həyata keçirilən fəaliyyətin nəticələri, habelə yeni layihə və imkanlar haqqında məlumatlandırıb. Çıxışı zamanı o, texnoloji diasporla işin önəmindən bəhs edib: “Azərbaycanın xaricdə yaşayan texnoloji diasporu ilə “Roadshow” çərçivəsində daha aktiv fəaliyyətin təşkili və qlobal tədbirlərə cəlb edilməsi Azərbaycan ekosisteminin geniş auditoriya tərəfindən tanınması adına olduqca vacibdir”, - deyə Agentlik rəsmisi bildirib.


Tədbirdə qonaq qismində bir neçə xarici ekspert də iştirak edib. Qlobal ekosistemdə tanınmış “Pulsar” platformasının təsisçisi, “East-West Digital News”un təsisçisi və baş yazarı Adrien Henni təqdimatı zamanı beynəlxalq texnologiya mediasında Azərbaycanın ekosistemi haqqında məlumatlılığın artırılması istiqamətində daha mütəşəkkil fəaliyyətin vacibliyini vurğulayıb. Bunun üçün yerli startaplar və digər ekosistem oyunçuları ilə daha sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Türkiyənin innovasiya üzrə aparıcı strateji konsaltinq firması olan “Viveka”nın idarəedici tərəfdaşı Barış Okur çıxışı zamanı təmsil etdiyi şirkət haqqında ətraflı məlumat paylaşıb. İndiyə qədər Azərbaycanda İRİA ilə tərəfdaşlıq çərçivəsində təşkil edilən “Viveka Company Creation” və “Viveka Mentorship” proqramlarının gələcək əməkdaşlıq üçün dayanıqlı zəmin yaratdığını bildirib.

“Spring’24 Ecosystem Meetup”a, həçminin yerli ekosistemin tanınmış oyunçuları da qatılıblar. “GoUp Community”nin təsisçisi Elşad Ağazadə yerli və xarici mütəxəssislərin üzvü olduğu mühəndislər icması haqqında məlumat verib. O qeyd edib ki, bu layihənin məqsədi süni intellekt və açıq mənbə texnologiyası əsasında fəaliyyət göstərən 50 yerli startapın qlobal bazara çıxarılmasıdır. Tədbirin digər qonağı, “GameSummit”in təsisçisi Fuad Nəsirov çıxış edərək yaratdığı platformanın videooyun sektorunda güclü bir icmanın formalaşdırdığını və hal-hazırda ölkədə ən böyük oyun icması olduğunu bildirib.

“BonPara” startapının və Azərbaycan Elektron Ticarət İcmasının təsisçisi Orxan Əhmədov “Azərbaycanda elektron ticarət klasteri” mövzusunda çıxış edib. O, təsis etdiyi platformanın altlayihələri “eCom Academy”, “eComX Incubation”, “wecom.az” vasitəsilə ölkədə elektron ticarətin inkişafına müxtəlif istiqamətlərdə töhfə verməyi planlaşdırdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonuncu hissəsində İnnovasiya ekosistemi departamenti, Startap ekosisteminin quruculuğu şöbəsinin rəhbəri Camal Ağayev çıxış edib və startapların proqramlara seçim meyarları, proqramların keyfiyyəti, mentorluq və digər mövzularla bağlı öz rəylərini verib. O bildirib ki, İRİA bu ildən ekosistemdə müxtəlif proqramlarda iştirakın keyfiyyətinin ölçülməsini daha sistemli şəkildə həyata keçirəcək və bu, data əsaslı ekosistem anlayışına keçid prosesini sürətləndirəcək. “İndiyə qədər olan fəaliyyətin verilənləri əsasında aparılan təhlillər ekosistemdə bir sıra problemli məqamları çevik müəyyən etməyə və mövcud resursları daha səmərəli istiqamətləndirməyə kömək edəcək. Bunun sayəsində proqram operatorları startapların inkubasiya və ya akselerasiya proqramlarına qəbulu zamanı daha effektiv qərarvermə mexanizmini tətbiq edə biləcəklər”, - deyə o öz çıxışında qeyd edib.

Xatırladaq ki, İRİA-nın mütəmadi keçirdiyi “Ecosystem Meetup” görüşlərinin əsas məqsədi innovasiya ekosisteminin oyunçuları ilə Agentlik arasında əlaqələri gücləndirmək, təcrübə və bilik mübadiləsi, habelə çağırışlar, nailiyyətlər və planların müzakirəsi üçün platforma rolunu oynamaqdır.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

"Xsolla" Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

18-09-2025

"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

13-12-2024

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022

Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

11-08-2025

Azərbaycanın videooyun studiyaları İRİA-nın dəstəyi ilə Almaniyada təmsil olunub

27-08-2024

“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

13-03-2025

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025

Azərbaycanda bu günədək 5 akselerasiya proqramı həyata keçirilib

13-12-2024

Dünyanın nəhəng startaplarında təcrübə keçmək imkanı

05-07-2023

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

07-10-2024

İnnovasiya ekosisteminin inkişafı üçün “İNNOKLUB” yaradılıb

31-03-2021

“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

17-11-2024

Azərbaycan İnnovasiya Mərkəzi açılıb

02-10-2024

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025

BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

01-05-2026

“IDDA Awards”ın mükafatlandırma mərasimi keçirilib

17-12-2025

Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib

27-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə