“Dilmanc” layihəsi elmi tədqiqatçılar və proqramçılar axtarır

14-05-2015 / 10:58

 “Dilmanc” layihəsi riyaziyyat sahəsində elmi tədqiqatçıları və proqramçıları işə dəvət edir.

Xeberler.az  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir ki, layihə qrupundan verilən məlumata görə, adıçəkilən mütəxəssislər intellektual axtarış alqoritmləri, şifahi sorğuların avtomatik cavablandırılması, qurğuların səslə idarə edilməsi, nitqin nitqə avtomatik tərcüməsi və digər sistemlərin yaradılması və inkişaf etdirilməsində iştirak edəcək.

Layihənin elmi tədqiqat qrupu proqramçılarla sıx əlaqədə işləyir. Elmi yeniliklərin praktik məhsula çevrilməsi üçün paylanmış hesablama sistemləri (Hadoop və MapReduce), çoxnüvəli qrafik prosessorlar və digər müasir proqramlaşdırma üsullarından istifadə olunur.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə