Previous Next
Bağla

Robot texnikası üzrə festivalın final mərhələsi keçiriləcək

28-09-2017 11:09
Robot texnikası üzrə festivalın final mərhələsi keçiriləcək

“Aİ-Robot” Uşaq və Gənclərin Respublika İntellektual festivalının final mərhələsi keçiriləcək.

İlk dəfədir ki, keçirilən festivalın əsas məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması və nailiyyətlər barədə məlumatlandırılması, intellektual elmi-texniki yaradıcılığın inkişafı, yüksək texnologiyalar sahəsinə marağın artırılması və təşəbbüskarlığın inkişaf etdirilməsidir.

Təhsil Nazirliyindən Xeberler.az-a verilən mılumata görə, festivalda informatika, proqramlaşdırma və robot texnikası, fizika, astronomiya, riyaziyyat, biologiya, kimya, ekologiya elmləri strateji istiqamətlər olaraq müəyyən edilib.

Proqram çərçivəsində ümumi və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri  komanda şəklində  I-IV, V-VII və VIII-X sinif şagirdləri üzrə bölünüb.

İştirakçılara müasir elm sahələri üzrə “Nə? Harada? Nə Zaman?” formatında intellektual oyun,  robot texnikası və proqramlaşdırma üzrə yarışlar, elmi-kütləvi yaradıcılıq və kreativlik üzrə müsabiqələr olmaqla 3 nominasiya təklif olunur.

Cari ilin aprel ayından etibarən festivalda ümumilikdə 1736 iştirakçı olmaqla 217 komanda qeydiyyatdan keçib. May-iyul aylarında bütün komandalara test tapşırıqları üzrə izahat, məsləhət və tövsiyələr təqdim edilib, avqust ayı ərzində regional görüşlər keçirilib.

Eyni zamanda Gəncə, Mingəçevir, Qəbələ zonaları üzrə komandaların yarışlara hazırlığının təmin edilməsi, praktik fəaliyyət üzrə bilik və bacarıqların formalaşdırılması məqsədilə mütəxəssislərin, komanda rəhbərlərinin və kapitanların iştirakı ilə təlim seminarları təşkil edilib. Sentyabrın 15-dən 21-dək isə Bakı şəhərində komandaların kapitanları ilə görüş keçirilib.

Regional seçim turlarının nəticəsi olaraq hər 3 yaş qrupundan 10 komanda olmaqla 30 komanda arasında cari ilin dekabr ayında festivalın yekun mərhələsi keçiriləcək.

Festival Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

13-02-2025
Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022
Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018
İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019
İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015
48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023
 İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016
VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026
İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016
Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024
III Robot Olimpiadasının qalibləri müəyyənləşib

III Robot Olimpiadasının qalibləri müəyyənləşib

08-06-2019
«Xəmsə» Milli İntellektual Oyununun final mərhələsi keçiriləcək

«Xəmsə» Milli İntellektual Oyununun final mərhələsi keçiriləcək

14-11-2009
Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

21-08-2018
Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib

31-10-2022
İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019
Azercell-in dəstəyi ilə "Bahar Düşərgəsi" təşkil olunub

Azercell-in dəstəyi ilə "Bahar Düşərgəsi" təşkil olunub

09-04-2025
Tələbələr arasında İnformatika Olimpiadası başladı

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017
 İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015
İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017
Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016
 İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016
BilBacar müsabiqəsinin “Yarış” mərhələsi keçirilir

BilBacar müsabiqəsinin “Yarış” mərhələsi keçirilir

05-12-2025
Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

15-04-2019
İnformatika üzrə X Ümumrespublika Olimpiadasına  start verilib

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə