Previous Next
Bağla

AzScienceNet şəbəkəsində Grid sistemi yaradılır

22-04-2016 17:23
AzScienceNet şəbəkəsində Grid sistemi yaradılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirilib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov iclasın “AzScienceNet elm kompüter şəbəkəsində BOINC platforması üzərində Grid sisteminin yaradılması” mövzusuna həsr olunduğunu bildirib.

Məruzəni təqdim edən institutun əməkdaşı Səməd Dursunov paylanmış hesablama haqqında ətraflı məlumat verib.

O qeyd edib ki, paylanmış hesablama mürəkkəb hesablama məsələlərinin iki və daha çox kompüterdən istifadə ilə həll edilməsi üsuludur.

Onun sözlərinə görə, 1973-ci ildə Kaliforniyanın “Xerox PARC” elmi-tədqiqat mərkəzinin mütəxəssisləri Con Şox və Con Xapp gecələr lokal şəbəkəyə buraxılan və işlək vəziyyətdə olan kompüterləri hesablama aparmağa məcbur edən proqram yazıb.

1994-ci ildə isə Devid Cidi tərəfindən könüllülərin kompüterlərindən istifadə edən “SETI@home” kütləvi paylanmış hesablamalar layihəsinin təşkili fikri irəli sürülub. 1999-ci ildə “SETI@home” layihəsinə Grid texnologiyası əsasında start verilib. 2002-ci ilin əvvəllərində isə Berkli Kaliforniya Universitetində BOINC platformasının (Berkeley Open Infrastructure for Network Computing – Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) hazırlanması başa çaıb.

S.Dursunov bildirib ki, Grid hesablama paylanmış hesablamaların bir növüdur.

Grid sözünün ingilis dilindən tərcüməsi “şəbəkə” mənasını verir və ilk dəfə elmə 1994-cü ildə amerikalı alimlər Yan Foster və Karl Kesselman tərəfindən gətirilib.

Grid hesablama zamanı şəbəkə ilə birləşdirilmiş kompüterlər “virtual superkompüter” yaradır və klasterlər formasında təqdim olunur, çoxsaylı məsələləri həll etmək üçün birgə işləyir. Bu texnologiya böyük hesablama resursları tələb edən mürəkkəb elmi və riyazi məsələlərin həllində istifadə olunur. Grid hesablama həmçinin kommersiya infrastrukturunda (iqtisadi proqnozlaşdırma, seysmoanaliz, yeni dərmanların xassələrinin öyrənilməsi və s. kimi zaman alan məsələlərin həllində) istifadə olunur.

BOINC platformasının məlumatların emalı üçün hesablama gücü yetərli olmadıqda digər hesablama resurslarını cəlb etmək məqsədi daşıdığını bildirən məruzəçi həmçinin BOINC serverinin arxitekturası haqqında məlumat verib. Qeyd edib ki, AzScienceNet elm kompüter şəbəkəsində BOINC platforması üzərində Grid sisteminin yaradılması istiqamətində tədqiqat işləri aparılır.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-da superkompüterdən istifadə olunur

25-04-2018

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016

AzScienceNet şəbəkəsi təkmilləşdirilir

01-10-2015

Hesablama sistemlərinin yaradılması texnologiyaları barədə informasiya nəşr olunub

24-11-2015

Azərbaycanda GRİD şəbəkəsinin yaradılması yaxın bir ayda başa çatacaq

26-01-2009

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017

Mobil hesablama buludların imkanları müzakirə edilib

25-02-2017

Superkompüter texnologiyaları ilə bağlı elmi seminar keçirilib

16-02-2016

AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

11-05-2016

Milli Grid sistemini yaradırlması istiqamətində işlər davam etdirilir

17-06-2009

Bu instituta virtual maşınlarından istifadə hüququ verildi

08-06-2017

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Smartfonlar superkompüter olacaq

09-09-2016

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

Kompüter mütəxəssislərinin peşə bayramıdır

14-02-2017

Milli Grid şəbəkə sistemi yaradılır

19-01-2009

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

14 fevral – kompüter mütəxəssislərin günüdür

14-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə