Previous Next
Bağla

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyədə səfərdədir

11-03-2021 16:08
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

Xeberler.az bildirir ki, səfər çərçivəsində nümayəndə heyəti  Ankarada Heydər Əliyev Parkını ziyarət edib, ümummilli liderin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklil qoyulub.

Nümayəndə heyəti tərəfindən, həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbri ziyarət edilib, əklil qoyulub.

Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə də tanış olub, o cümlədən Dövlət Agentliyinin sədri xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) ev sahibliyi əsasında Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in və “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib.  Diqqətə çatdırılıb ki,  əsas prinsiplər kimi səmərəlilik və şəffaflıq əsasında fəaliyyət göstərən “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və qazilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Həmçinin vurğulanıb ki, Fondun əməkdaşları məhz qazilərimiz və şəhid ailələrinin üzvləridirlər.

TADƏHF-in sədri, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, professor Aygün Attar  görüşün məqsədləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan qələbə tarixi hadisədir. Qeyd olunub ki, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur.

Görüşdə iş adamları tərəfindən “YAŞAT” Fonduna dəstəklə bağlı qərarlar qəbul olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nümayəndə heyəti Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general –polkovnik,  eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri Səlcuk Bayrakdaroğlu ilə görüşüb.

Səlcuk Bayrakdaroğlu Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq qələbəni Bütün Türkiyə ictimaiyyətinin öz sevinci kimi yaşadığını vurğulayıb.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “YAŞAT” Fondunun yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə söz açıb. Vurğulanıb ki, Fondun fəaliyyətində şəhid ailələrinə və qazilərimizə yüksək formada xidmət göstərmək, onların cəmiyyətimizdə qazandıqları nüfuzu ən yuxarı təbəqədə qorumaq əsas hədəflərdir.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinin bu səfərdəki əsas məqsədi Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondları ilə “YAŞAT” Fondu arasında işgüzar münasibətlərin formalaşdırılması və əməkdaşlıq protokolunun imzalanmasıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“YAŞAT” Fondunun Himayəçilik Şurasının ilk iclası keçirilib

09-12-2020

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri bitib

27-01-2023

ASAN xidmət işçilərinin peşə bayramı qeyd olunub

28-12-2018

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025

ASAN xidmət işçilərinin peşə bayramı qeyd olunub

29-12-2019

Türkmənistan Məclisinin sədri ASAN xidmətin fəaliyyəti ilə tanış olub

04-11-2019

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub

02-12-2024

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın görüşündə iştirak edib

29-01-2020

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020

ASAN Xidmət mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır

03-04-2019

Dövlət Agentliyinin sədri "GəncLİK" proqramının iştirakçıları ilə görüşüb

17-02-2020

Ülvi Mehdiyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib

27-04-2018

Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək

11-09-2025

Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub

19-03-2021

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

03-12-2024

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə