Previous Next
Bağla

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019 11:35
Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Xeberler.az  bildirir ki, səfərin məqsədi BMT-nin Dövlət İdarəetməsi üzrə Ekspertlər Komitəsinin (CEPA) Nyu-York şəhərində keçirilən 18-ci sessiyasında iştirakdır. 9 aprel tarixində BMT-nin Davamlı İnkişaf Məqsədlərindən 16-cı məqsədə üzv dövlətlərdə nail olunmasının uğurlu təcrübələrinə həsr olunmuş iclas keçirilib. İclasda Azərbaycan, Xorvatiya, Çili, İndoneziya, İslandiya, Uruquvay, Qvatemala və digər dövlətlərin müvafiq sahədə həyata keçirdiyi tədbirlərə dair çıxışlar dinlənilib. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət islahatlarının tərkib hissəsi olaraq “ASAN xidmət”in yaradılmasından, mərkəzlərdə xidmətin keyfiyyətinin ölçülməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan fəaliyyətdən və Davamlı İnkişaf Məqsədlərinə uyğun olan təcrübədən bəhs edib. Həmçinin “ASAN xidmət”in uğurlu təcrübəsinin bir çox dövlətlərdə tətbiqi, həmin dövlətlərin nümayəndələri üçün təlimlərin təşkil olunduğu diqqətə çatdırılıb.

İclas CEPA ekspertlərinin sualları və şərhləri əsasında interaktiv dialoq formasında davam etdirilib. Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə BMT baş katibinin müavini Lui Zenmin arasında keçirilən görüşdə “ASAN xidmət”in keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, bu təcrübənin maraqlı ölkələrdə tətbiqi üzrə uğurlu beynəlxalq əməkdaşlıq barədə məlumat verilib. Cari ilin iyun ayında Bakıda keçiriləcək BMT Dövlət Xidmətləri Forumuna hazırlıq məsələləri müzakirə olunub, öz növbəsində BMT baş katibinin müavini müvafiq tədbirdə iştirak edəcəyini qeyd edib.

BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri Axim Ştayner ilə təşkil olunan görüşdə ikitərəfli əməkdaşlığın davam etdirilməsindən, gələcək əməkdaşlıq perspektivlərindən, UNDP-nin “ASAN xidmət”in beynəlxalq fəaliyyətinə dəstəyindən
danışılmışdır. Habelə konkret təkliflər əsasında müzakirələrin davam etdirilməsi və yekunlar üzrə addımların atılması barədə razılıq əldə olunub. Səfər zamanı BMT-nin İqtisadi və Sosial Məsələlər İdarəsinin Dövlət təsisatları və rəqəmsal hökumət sektorunun rəhbəri Juvanq Zu ilə baş tutmuş görüşdə BMT Dövlət Xidmətləri Forumunun keçirilməsi ilə bağlı hazırlıqlar, təşkilati məsələlər, o cümlədən substantiv məqamlar müzakirələr edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

19-04-2024
“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026
ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018
Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019
“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

19-06-2026
ASAN modeli BMT ekspertlərinin müzakirəsində

ASAN modeli BMT ekspertlərinin müzakirəsində

11-04-2025
ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018
ASAN xidmət beynəlxalq konfransda təqdim olundu

ASAN xidmət beynəlxalq konfransda təqdim olundu

30-10-2015
BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020
“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025
Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24-06-2019
ASAN xidmət BMT-də təltif olunacaq

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015
Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025
“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025
Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

03-12-2024
"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024
 "ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025
Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyaya səfər edib

Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyaya səfər edib

30-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə