Previous Next
Bağla

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019 14:44
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

3-6 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında işgüzar səfərdə olub.

Xeberler.az bildirir ki, səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması və ikitərəfli əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi olub.

Sözügedən Memorandum 4 oktyabr tarixində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin direktoru Xəlilillo Turaxujayev tərəfindən imzalanıb.

Anlaşma Memorandumu Azərbaycanın “ASAN xidmət” modeli əsasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin yaradılmasını, müvafiq mərkəzlər üçün şəxsi heyətin hazırlanmasını, Azərbaycana və Özbəkistana tanışlıq səfərlərinin, habelə “ASAN xidmət” mərkəzlərində stajkeçmə və təcrübə proqramlarının, təlimlərin təşkilini nəzərdə tutur. Müvafiq əməkdaşlıq çərçivəsində dövlət xidmətlərinin göstərilməsi və səmərəli idarəetmə mexanizmləri sahəsində vəziyyətə dair müxtəlif təbdirlər təşkil olunacaq.

Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi, insan resursları bacarıqlarının artırılması, habelə dövlət xidmətləri göstərən mərkəzlərin işinin idarə edilməsi, könüllülük,Səyyar ASAN xidmət sahəsində məsləhətləşmələr və mütəxəssis dəstəyi həyata keçiriləcək, beynəlxalq və ictimaiyyətlə əlaqələr istiqamətində strategiyalar, PR alətləri işləniləcək.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Özbəkistan Respublikasının Ədliyyə naziri Ruslanbek Davletovla görüşüb. Görüşdə son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu təcrübəsi, dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqi müzakirə edilib.

Həmçinin bu sahənin təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti Özbəkistan Respublikası Prezidenti yanında Layihələrin İdarəolunması Agentliyi və Buxara şəhəri Dövlət Xidmətləri mərkəzinin fəaliyyəti ilə tanış olub və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində bir sıra səmərəli görüşlər keçirilib.

İkitərəfli görüşlər zamanı Dövlət Agentliyinin sədri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Əlavə olaraq qeyd edilib ki, Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə Azərbaycanda Biirləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu keçirilib və Forum çərçivəsində Azərbaycan rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

02-06-2025

“ASAN xidmət” özbək rəsmilər üçün təlim proqramı reallaşdırıb

27-11-2025

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019

Türkiyənin Vitse-prezidenti ASAN xidmətlə tanış olub

17-09-2019

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

“ASAN xidmət” BƏƏ ilə əməkdaşlığı genişləndirir

05-02-2026

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019

Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

13-07-2016

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019

ASAN xidmət-lə Dövlət Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

15-02-2019

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019

“ASAN xidmət” və SESRIC arasında anlaşma memorandumu imzalanıb

18-11-2024

Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

26-10-2019

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

04-10-2024

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019

Kolumbiyada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

14-02-2025

Dövlət Agentliyinin sədri İsrail səfiri ilə görüşüb

12-03-2020

ASAN xidmət-də beynəlxalq tərəfdaşlarla görüş keçirilib

26-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə