Nazirlər Kabineti (NK) “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında Qərar imzalayıb.
Xeberler.az məlumat verir ki, Qərara əsasən “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na və bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında müəyyən edilən “Hökumət buludu”nun arxitekturasına, inkişafı (miqyaslanma) və miqrasiyanın yüksək səviyyəli planına uyğun olaraq, “Hökumət buludu”nun Milli Data Mərkəzinin, o cümlədən “bulud” platformasının mərhələli şəkildə inkişaf etdirilməsi ilə bağlı və bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında müəyyən edilən “Hökumət buludu”na keçid dövrünə uyğun olaraq, 2 dövlət informasiya sistemlərinin və ehtiyatlarının onların sahibləri və ya operatorları ilə birlikdə “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməlidir.
Nazirlik eyni zamanda bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında nəzərdə tutulmuş tədbirlərin mərhələli şəkildə icrasına nəzarət etsin və icranın gedişi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslər informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçidinin təşkil olunması istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etməli və “Hökumət buludu”nun operatoruna şərait yaratmalıdırlar.
Aidiyyəti informasiya sistemlərinin və ehtiyatlarının bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında göstərilmiş müddətlərdə “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri