Bakıda Harvard Universitetinin professoru Endryu Storinin rəhbərliyi ilə 100-dən çox dövlət qurumu rəhbərinin iştirak etdiyi süni intellekt üzrə beynəlxalq təlim proqramı başa çatıb. Proqram AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Xeberler.az bildirir ki, 16–19 noyabr 2026-cı il tarixlərində iki qrup üzrə keçirilən “Süni intellekt agentləri dövründə dövlət idarəçiliyində liderlik” (Public Leadership in the Age of Agentic AI) proqramı müxtəlif nazirlik və dövlət qurumlarının rəhbər
heyətini bir araya gətirib.
Təlimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası çərçivəsində, Tədbirlər Planının 8.3.1-ci bəndinə uyğun olaraq həyata keçirilib.
Proqramda əsas diqqət süni intellektin dövlət idarəçiliyində tətbiqi üçün zəruri olan strateji və praktiki idarəetmə bacarıqlarına yönəldilib. İştirakçılar real idarəetmə ssenariləri və praktiki tapşırıqlar əsasında təmsil etdikləri qurumların süni intellektə hazırlığının qiymətləndirilməsi, tətbiq imkanlarının müəyyənləşdirilməsi və müvafiq yol xəritələrinin hazırlanması üzrə yanaşmaları nəzərdən keçiriblər.
Təlimlərdə süni intellekt agentləri vasitəsilə iş proseslərinin avtomatlaşdırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və texnoloji həllərin effektivliyinin ölçülməsi məsələləri əhatə olunub. İştirakçılar süni intellekt layihələrinin nəticələrinin və ictimai faydasının qiymətləndirilməsi, eləcə də texnologiyaların təhlükəsiz və məsuliyyətli tətbiqinə dair beynəlxalq təcrübə ilə tanış olublar.
Harvard Universitetinin akademik təcrübəsinə əsaslanan proqram rəhbər heyətin texnoloji transformasiyaya liderlik etmək, təşkilati dəyişiklikləri idarə etmək və süni intellekt üzrə qərarları institusional prioritetlərlə əlaqələndirmək bacarıqlarının inkişafına yönəlib. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
MSİM-in növbəti prioriteti dövlət qurumlarında süni intellektin tətbiqinə hazırlığı gücləndirmək və əldə olunan biliklərin konkret idarəetmə təşəbbüslərinə çevrilməsini dəstəkləməkdir.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları