Previous Next
Bağla

Dövlət internet mediaya dəstək göstərəcək

21-07-2015 15:04
Dövlət internet mediaya dəstək göstərəcək

Azərbaycan prezidenti İlham Əliyev bu gün milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə görüşüb.

Xeberler.az Prezidentin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə İlham Əliyev ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını bildirib. Azərbaycanda medianın inkşafından danışan dövlət başçısı xüsusi olaraq internet medianın fəaliyyətinə toxunub.

İlham Əliyev Azərbaycanda internetin azad olduğunu deyib. Dövlət başçısı internet medianın daha çox dildə fəaliyyət göstərməsi, daha çox ölkədə müxbir məntəqələrinin olmasını təqdirəlayiq hal sayıb. Prezident bildirib ki, medianın beynəlxalq əlaqələrinin gücləndirilməsi, digər ölkələrin media orqanları ilə əlaqələrinin qurulması, həmçinin erməni diasporunun Azərbaycana qarşı apardığı mübarizənin qarşısının alınması üçün Azərbaycan mediası öz fəaliyyətini daha da gücləndirməlidir.

İlham Əliyev xəbərləri internet üzərindən bilavasitə özünün oxuduğunu deyib. Bu barədə jurmalistlərə açıqlamasında görüşdə iştirak dən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib. Onun sözlərinə görə, görüşdə İlham Əliyev qeyd edib  ki, bəzi məlumatları ondan gizlətməyə çalışırlar:

"Amma mənim bütün məlumatlardan xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram. Bu baxımdan əməkdaşlığımızın davam etməsində maraqlıyam”. Bundan başqa, prezident idarəetmədə islahatlara ehtiyac olduğunu vurğulayıb. İlham Əliyev bu məsələdə medianın dəstəyinə və köməyinə ehtiyac olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dövləti internet resurslarının güclənməsinə və ən tirajlı media internet resurlarının xarici dillərdə versiyalarının yaradılmasına çalışacaq və bu işdə media vasitələrinə hər cür dəstək verəcək.

 

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Prezident Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib

Prezident Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib

19-04-2018
İnternet media ilə bağlı prezidentə təkliflər veriləcək

İnternet media ilə bağlı prezidentə təkliflər veriləcək

24-07-2015
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüş keçirib

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüş keçirib

06-05-2025
Prezident  jurnalistlərlə görüşdü

Prezident jurnalistlərlə görüşdü

21-07-2015
Diqqətdən kənar media-internet media

Diqqətdən kənar media-internet media

27-07-2010
 Prezident  İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

21-04-2016
Prezident İlham Əliyev "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb

Prezident İlham Əliyev "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb

17-02-2024
“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014
“Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu”

“Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu”

21-07-2015
İlham Əliyev: Mən süni intellektdən istifadə etmirəm

İlham Əliyev: Mən süni intellektdən istifadə etmirəm

19-07-2025
Medianın özünütənzimlənməsi-nə aid kitabın təqdimatı olub

Medianın özünütənzimlənməsi-nə aid kitabın təqdimatı olub

10-09-2009
Medianın İnkişafı Agentliyinə yeni hüquqlar verilib - FƏRMAN

Medianın İnkişafı Agentliyinə yeni hüquqlar verilib - FƏRMAN

08-02-2022
Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

01-02-2019
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22-07-2021
Azadlıq meydanında hərbi parad keçirilib

Azadlıq meydanında hərbi parad keçirilib

26-06-2018
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib

04-02-2014
Prezident İlham Əliyev İmişlidə ASAN Həyat kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev İmişlidə ASAN Həyat kompleksinin açılışında iştirak edib

22-10-2018
“Elektron mediaya maliyyə dəstəyi göstərilsin”

“Elektron mediaya maliyyə dəstəyi göstərilsin”

30-09-2016
Prezident: “İT prioritet sahələrdən biridir”

Prezident: “İT prioritet sahələrdən biridir”

30-11-2017
Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

Mətbuat Şurası internet medianın maliyyələşməsini müzakirə edib

11-02-2019
Prezident İlham Əliyev: "Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik"

Prezident İlham Əliyev: "Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik"

02-10-2023
Dövlət provayderləri ya özəlləşdirilməli, ya da ləğv edilməlidir

Dövlət provayderləri ya özəlləşdirilməli, ya da ləğv edilməlidir

17-07-2012
“Freedom House-un Azərbaycan interneti ilə bağlı dedikləri gülüncdür”

“Freedom House-un Azərbaycan interneti ilə bağlı dedikləri gülüncdür”

20-09-2016
İlham Əliyev səs verib

İlham Əliyev səs verib

11-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə