Previous Next
Bağla

Dövlət Komitəsində QHT rəhbərləri ilə görüş olub

04-09-2018 17:45
Dövlət Komitəsində QHT rəhbərləri ilə görüş olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") qeyri-hökumət təşkilatlarının rərbərlərinin bir qrupu ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, bu barədə Report-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat  verilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaş cəmiyyəti qurucuıuğunda və ölkəmizdə demokratiyanının daha da dərinləşməsində qeyri-hökumət təşkilatlarının rolunu yüksək qiymətləndirərək, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində də onların dəstəyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə tənzimlənməsi, torpaqlarımızın işğaldan tezliklə azad edilməsi üçün qətiyyətli və məqsədyönlü siyasət aparmaqla yanaşı, müharibədən zərər çəkən insanların, məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet istiqamət kimi müəyyənləşdirib. Azərbaycan dövləti onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Müvəqqəti məskunlaşma yerlərində ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, yeni mənzillərə köçürülməsi davam etdirilir. Bu il istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksinə Bakıda qəzalı vəziyyətdə olan binalardan və zirzəmilərdən yüzlərlə məcburi köçkün ailəsi köçürülüb. Bu məqsədlə yeni yaşayış binaları inşa edilir, məcburi köçkünlər üçün qəsəbələr salınır.

Komitə sədri məcburi köçkünlərin hüquqi cəhətdən maarifləndirilməsinə, onların vətənpərvərlik ruhunun yüksəldilməsinə, doğma torpağa bağlılıq hissinin gücləndirilməsinə qeyri-hökumt təşkilatlarının daha böyük töhfələr verə biləcəklərini vurğulayıb, onları bu istiqamətdə birgə fəaliyyət göstərməyə dəvət edib.

Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Sağlam İnkişaf və Maarifləndirmə İctmai Birliyinin sədri Anar Xəlilov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyasının sədri Rey Kərimoğlu, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru Nurəddin Mehdiyev, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, “Aprel 2016” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək, məcburi köçkünlərlərin problemlərinin həlli sahəsində həyata keçirilən tədbirlərə dair fikirlərini ifadə edib, Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı rəy və mülahizələrini bildirib, bir sıra təkliflər irəli sürüblər.

Prezident İlham Əliyevin apardığı siyasətin xalqımızın və dövlətimizin mənafeyinə tam cavab verdiyini, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə dərin inam yaratdığını qeyd edən QHT rəhbərləri vətəndaş cəmiyyəti institutlarının, ictimai təşklatların məcburi köçkünlərin böyük qayıdışa hazırlanmasına bundan sonra da fəal dəstək verəcəklərini bildiriblər.

Dövlət Komitəsində qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlərin və birgə fəaliyyətin davamlı olacağı diqqətə çatdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

30-12-2025

NRYTN yanında İctimai Şuraya seçkilərin II turu keçirilib

17-06-2021

Dövlət Komitəsində yeni dövlət informasiya sistemi təqdim olundu

21-04-2015

Şuşalı rabitəçilərlə görüş keçirilib

08-05-2015

ASAN Xidmət mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır

03-04-2019

Sumqayıt-Bakı istiqamətində yeni marşrut xətti açılıb

08-04-2019

İKTA-da “Zəfər Günü” münasibətilə görüş keçirilib

08-11-2025

Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - Siyahı

21-04-2018

Məcburi Köçkünlərin Mərkəzləşdirilmiş Vahid Məlumat Bazası yaradılır

08-09-2020

"Hökumət buludu"na keçidlə bağlı bir sıra dövlət qurumu ilə müzakirələr aparılıb

04-05-2021

Gənclərimizə sosial şəbəkələrdə həqiqətlərimizi təbliğ etmək öyrədilir

12-10-2010

İnformasiya təhlükəsizliyi təlimlərinə start verildi

08-06-2015

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

01-02-2019

Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə aksiyada iştirak edib

24-11-2020

Gənclərin problemlərinin həllində KİV-in iştirakı müzakirə olunub

14-09-2009

NRYTN yanında İctimai Şuraya seçilmiş üzvlərlə nazir Rəşad Nəbiyevin görüşü keçirilib

05-07-2021

MŞ-da tələbə problemlərinin KİV-lərdə işıqlandırılması ilə bağlı görüş keçirilib

07-12-2009

“Fərdi qeydiyyata alınanların sayı 3 milyonu ötüb”

24-07-2015

Azərbaycan "Summit of the Future: Multilateral Solutions for a Better Tomorrow" sammitində təmsil olunur

22-09-2024

“Ağıllı kənd” pilot layihəsi xarici qonaqlara təqdim edilib

05-12-2023

NRYTN yanında İctimai Şuraya seçkilər keçirilib

13-06-2021

“Hökumət buludu”na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

27-04-2021

“Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda təşkil olunub

23-10-2024

Azercell uşaqları və məcburi köçkünləri sevindirib

27-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə