Previous Next
Bağla

İnformasiya təhlükəsizliyi təlimlərinə start verildi

08-06-2015 14:59
İnformasiya təhlükəsizliyi təlimlərinə start verildi

Azərbaycan Respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Paradiqma” İctimai-siyasi tədqiqatlar ictimai birliyinin təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib. 

Təşkilatdan Xəbərlər-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində informasiya təhlükəsziliyinin daha etibarlı təminatı yolları və vasitələrinin müəyyən edilməsi istiqamətində innovativ elmi-analitik araşdırmalara start verməkdən ibarətdir. 

Tədbir çərçivəsində “Paradiqma” ictimai siyasi tədqiqatlar ictimai birliyinin sədri, professor Elman Nəsirov layihənin əhəmiyyətinə toxunaraq qeyd edib ki, XXI yüzilliyin informasiya əsri olduğunu bir an belə unutmamalı və bu reallıqdan çıxış edərək Ermənistanın təcavüzkar siyasəti və onun ağır nəticələri haqqında təbliğat-təşviqat kampaniyasını innovativ metodlarla zənginləşdirməli, bu istiqamətdə informasiya məkanında üstünlüyümüzü təmin etməliyik. Məsələyə bu kontekstdə yanaşdıqda təqdimatını keçirdiyimiz layihənin həm elmi, həm də böyük siyasi aktuallıq kəsb etdiyi qənaətinə gələ bilinər. 

Professor Namiq Axundov və dosent Firdovsiyyə Əhmədova, layihə çərçivəsində təlimçilər Telman Məmmədov  və Yusif Ağayev, ekspertlər Mürtəza Həsənov və Araz Qədiməliyev layihənin  əhəmiyyətindən bəhs edib, onun reallaşdırılması istiqamətində atılacaq addımlar haqqında  fikir və mülahizələrini ifadə ediblər. Sonra layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, konkret təklif və tövsiyələr irəli sürülüb. 

Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı, QHT təmsilçiləri, mətbuat nümayəndələri,  müxtəlif ali məktəblərin bakalavr, magistr və doktorantları iştirak edib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni yaranan təhlükəsizlik saytının təqdimat mərasimi baş tutub

Yeni yaranan təhlükəsizlik saytının təqdimat mərasimi baş tutub

24-09-2019
5 dildə Qarabağdan bəhs edən sayt istifadəyə verildi

5 dildə Qarabağdan bəhs edən sayt istifadəyə verildi

22-09-2015
Qarabağ haqqında sayt hazırlanıb

Qarabağ haqqında sayt hazırlanıb

21-09-2015
Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş saytın təqdimatı oldu

Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş saytın təqdimatı oldu

11-09-2009
SƏLIS-in təqdimat mərasimi keçirilib

SƏLIS-in təqdimat mərasimi keçirilib

30-10-2019
Gənclərimizə sosial şəbəkələrdə həqiqətlərimizi təbliğ etmək öyrədilir

Gənclərimizə sosial şəbəkələrdə həqiqətlərimizi təbliğ etmək öyrədilir

12-10-2010
QHT Şurası və İctimai Televiziya birgə layihəyə start verir

QHT Şurası və İctimai Televiziya birgə layihəyə start verir

22-09-2009
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı fəaliyyətə başladı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı fəaliyyətə başladı

19-10-2009
www.karabakh.az saytının təqdimat mərasimi keçirildi

www.karabakh.az saytının təqdimat mərasimi keçirildi

04-03-2011
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

30-12-2025
Qarabağ adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub

Qarabağ adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub

10-12-2018
Tələbələr elektron xidmətlərlə bağlı maarifləndirilib

Tələbələr elektron xidmətlərlə bağlı maarifləndirilib

11-10-2019
Qarabağ haqqında internetdə ensiklopedik blog yaradılır

Qarabağ haqqında internetdə ensiklopedik blog yaradılır

01-06-2009
Dövlət Komitəsində QHT rəhbərləri ilə görüş olub

Dövlət Komitəsində QHT rəhbərləri ilə görüş olub

04-09-2018
Ermənistanın təcavüzündən zərər çəkmiş jurnalistlərin məlumat bazası hazırlanır

Ermənistanın təcavüzündən zərər çəkmiş jurnalistlərin məlumat bazası hazırlanır

21-02-2022
Yeni Bloq – Yeni Media adlı sosial media layihəsinə start verilib

Yeni Bloq – Yeni Media adlı sosial media layihəsinə start verilib

29-10-2019
“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

11-06-2014
"Sosial şəbəkələr enerji qəbiristanlığına çevrilməməlidir"

"Sosial şəbəkələr enerji qəbiristanlığına çevrilməməlidir"

12-10-2018
 Gəncədə kibertəhlükələrdən müdafiə üsulları müzakirə edilib

Gəncədə kibertəhlükələrdən müdafiə üsulları müzakirə edilib

03-08-2016
İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı elektron lövhə yerləşdirilib

İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı elektron lövhə yerləşdirilib

19-06-2015
Yeni Bloq – Yeni Media adlı layihəyə start verilir

Yeni Bloq – Yeni Media adlı layihəyə start verilir

03-10-2019
Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb

Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb

11-06-2009
Milli kibertəhlükəsizlik məsələləri müzakirə edilib

Milli kibertəhlükəsizlik məsələləri müzakirə edilib

09-06-2016
Qeyri-Hökumət Təşkilatlarında mətbuatla işin təşkili təlimləri keçirilir

Qeyri-Hökumət Təşkilatlarında mətbuatla işin təşkili təlimləri keçirilir

10-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə