Previous Next
Bağla

Dövlət Komitəsində yeni dövlət informasiya sistemi təqdim olundu

21-04-2015 21:51
Dövlət Komitəsində yeni dövlət informasiya sistemi təqdim olundu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssislərinin birgə iştirakı ilə uyğun dövlət informasiya sistemi hazırlanıb. 
 
Xəbərlər-in məlumatına görə informasiya sisteminin ilkin variantının təqdimatı və müzakirəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilib.
 
Tədbirdə komitə sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, komitənin aidiyyatı şöbə və sektor rəhbərləri, komitə üzrə təyin olunmuş layihə koordinatoru Mahir Dadaşov, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və digər mütəxəssislər iştirak ediblər.
 
G.Fərhadov bildirib ki, müasirləşən və qloballaşan dünyada internetdən, informasiya texnologiyalarından, sosial şəbəkələrdən, onlayn mediadan, elektron hökumətdən, elektron xidmətlərdən istifadə bütün dünya ölkələrinin ictimai-siyasi və iqtisadi həyatının formalaşmasında mühüm önəm daşıyır.


 
Bu baxımdan komitədə müəyyən işlər görüldüyünü diqqətə çatdıraraq o qeyd edib ki, dövlət büdcəsindən aylıq yemək xərci alan məcburi köçkünlərin əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş adlı siyahılarının dəqiqləşdirilməsində, bu sahəyə nəzarətin gücləndirilməsində, baş verə biləcək neqativ halların vaxtında üzə çıxarılmasında və dərhal qarşısının alınmasında, xüsusilə bu sahədə şəffaflığın təmin olunmasında, vətəndaşlara xidmətlərin daha operativ və şəffaf olaraq elektron xidmətlər vasitəsilə göstərilməsi məqsədilə  müasir tələblərə cavab verən bu informasiya sisteminin olduqca böyük əhəmiyyəti var:
 
 “Bu informasiya sistemi güzəşt tətbiq edilən məcburi köçkünlərin siyahısını, onların yerdəyişməsini, müvafiq qaydalara uyğun yeni məcburi köçkünlərin həmin siyahılara daxil edilməsini, digər qurumlardan olan göndərişləri və bu kimi, ümumi hesabatları özündə cəmləşdirir və “Elektron hökumət” portalına inteqrasiya edilmişdir. Bundan sonra qeyd olunan sahə üzrə daha tez və operativ məlumatlar əldə edilməsində, məcburi köçkünlərin adlı siyahılarının araşdırılmasında və dəqiqləşdirilməsində müxtəlif statistik məlumatların hazırlanmasında sistemin imkanlarından tam istifadə etmək mümkündür”.
  
Daha sonra RYTN Məlumat Hesablama Mərkəzinin direktor müavini Nazim Mədətov informasiya sisteminin ilkin variantını təqdim edib və sistemin tərtibatı, imkanları, istifadə qaydaları və orada yerləşdirilən bölmələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və müxtəlif sualları cavablandırıb.
 
 Bildirilib ki, görülmüş işlərin nəticəsində, həmçinin informasiya sisteminin yaradılmasına dövlət büdcəsindən ayrılacaq vəsaitə qənaət olunub.
 
 Qeyd edək ki, layihənin hazırlanması, istismara verilməsi  və texniki dəstəyi  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ödənişsiz əsaslarla həyata keçirilib və davam etdirilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məcburi Köçkünlərin Mərkəzləşdirilmiş Vahid Məlumat Bazası yaradılır

08-09-2020

Dövlət Komitəsində QHT rəhbərləri ilə görüş olub

04-09-2018

Məcburi köçkünlər elektron xidmətlərdən istifadə edə bilər

09-04-2013

“Hökumət buludu”na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

27-04-2021

Sumqayıt-Bakı istiqamətində yeni marşrut xətti açılıb

08-04-2019

Şuşalı rabitəçilərlə görüş keçirilib

08-05-2015

“Elektron-hökumət” portalının statistikası təqdim olundu

07-05-2015

Ünvanlı sosial yardımın təyinatı sadələşdirilir

09-01-2016

"Hökumət buludu"na keçidlə bağlı bir sıra dövlət qurumu ilə müzakirələr aparılıb

04-05-2021

Məcburi köçkünlərə müavinət və yemək xərci plastik kartlarla veriləcək

13-11-2010

TQDK ilə RYTN-in məsul şəxsləri görüşdü

19-02-2015

“Ağıllı kənd” pilot layihəsi xarici qonaqlara təqdim edilib

05-12-2023

Sığorta hesabatlarını elektron formada necə göndərməli?

17-04-2017

Hansı dövlət qurumları “Elektron hökumət” portalına qoşulmayıb?

19-01-2015

E-xidmətlərlə bağlı növbəti təlim keçirilib-Foto

18-05-2017

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

15-07-2019

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015

Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə aksiyada iştirak edib

24-11-2020

“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirilir

07-05-2015

Portalda elektron xidmətlərin sayı 433-ə çatdı

04-04-2017

MyGov sisteminin ilkin təqdimatı keçirilib

12-03-2019

Ən çox istifadә olunan elektron xidmәtlәr hansılardır?

09-04-2013

“Güzəştli mənzil” sistemi yaradılır-Fərman

17-11-2016

Dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi davam edir

29-04-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə