Previous Next
Bağla

Dövlət orqanlarında elektron xidmətlərin qiymətləndirilməsi qaydaları dəyişib

20-04-2015 16:22
Dövlət orqanlarında elektron xidmətlərin qiymətləndirilməsi qaydaları dəyişib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib.

Xəbərlər-in məlumatına görə, elektron xidmətlərin qiymətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  tərəfindən qanunçuluq, obyektivlik, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında aparılır.

 Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmənin keçirilməsi üçün Dövlət Agentliyinin sədri tərəfindən İşçi Qrupu yaradılır və onun tərkibi müəyyən edilir. İndiyə qədər İşçi Qrupu qiymətləndirmənin nəticəsi barədə rəy, tövsiyə, arayış və hesabatlar hazırlayıb Dövlət Agentliyinin sədrinə təqdim edib. Dəyişikliyə əsasən bundan sonra İşçi Qrupunun rəy və tövsiyə hazırlamaq səlahiyyəti olmayacaq, ancaq arayış və hesabatlar hazırlayacaq. Qiymətləndirmənin nəticəsində hazırlanan arayışda dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkilinin vəziyyəti, problemlər, nöqsanlar, qiymətləndirmənin faizlə müəyyən edilən nəticəsi və qiymət daxil edilməklə, həmin xidmətin təkmilləşdirilməsi istiqamətində təkliflərə yer veriləcək. Buna müvafiq olaraq qiymətləndirmənin məqsədi elektron xidmətlərin göstərilməsi üzrə dövlət orqanlarına metodik və əməli köməklik göstərilməsi olacaq. Dövlət orqanlarının Dövlət Agentliyi qarşısında məsuliyyəti də konkretləşib. “Dövlət orqanları Dövlət Agentliyinin sorğusu əsasında, sorğu daxil olduğu tarixdən 10 iş günü müddətində qiymətləndirmənin keçirilməsi üçün zəruri olan məlumatları kağız daşıyıcıda təqdim etməli, həm də Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında olan müvafiq bölməyə daxil etməlidirlər:

Qaydaya əsasən dövlət orqanlarında  hər bir xidmət üzrə hesablanmış yekun balın maksimum balda faizlə nisbəti tapılır. İndiyə qədər müəyyən edilən faizlər üzrə elektron xidmətlər 50 faizdən aşağı olduqda qeyri-kafi, 50 faizdən 70 faizədək kafi, 70 faizdən 90 faizədək yaxşı, 90 faizdən 100 faizədək əla qiymətləndirilib. Dəyişikliyə əsasən bundan sonra müəyyən edilən faizlər üzrə elektron xidmətlər 50 faiz və daha aşağı “qeyri-kafi” , 51 faizdən 70 faizədək “kafi”, 71 faizdən 90 faizədək “yaxşı”, 91 faizdən 100 faizədək “əla” qiymətləndiriləcək.

Qiymətləndirmənin nəticəsi olaraq hazırlanmış arayış aşkar olunmuş çatışmazlıqların təyin olunmuş müddət ərzində aradan qaldırılması üçün dövlət orqanına göndərilir. Qiymətləndirmənin nəticələri, o cümlədən dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin mövcud vəziyyəti, problemlər, nöqsanlar və həmin xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verilir. Dövlət orqanları təqdim olunmuş arayışda göstərilmiş çatışmazlıq və tövsiyələri diqqətlə araşdırmalı və arayış daxil olduğu gündən iki ay müddətində çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər barədə məlumatı Dövlət Agentliyinə təqdim etməlidir. Qiymətləndirmənin nəticələri haqqında məlumatlar Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında açıqlanır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumlarının 455 elektron xidməti qiymətləndirilib

19-12-2015

Elektron xidmətlərin qiymətləndirilməsi davam edir

18-12-2015

Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları qüvvəyə minib

24-01-2013

Xidmətlərin Elektron Reyestrinə daxil edilən məlumatlar yoxlanılacaq

05-05-2015

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

14-07-2012

“Dövlət orqanları üzrə 450-dən çox elektron xidmət qiymətləndirilib”

19-08-2016

“ASAN xidmət dövlət orqanlarının bütün xidmətlərini qiymətləndirəcək”

10-06-2016

Dövlət xidmətlərinə "ASAN xidmət indeksi" tətbiq ediləcək

16-09-2025

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-05-2016

Dövlət xidmətləri haqqında Qanun layihəsi hazırlanır

18-07-2016

Nə üçün dövlət qurumları elektron arayışları tanımır?

02-06-2015

Elektron xidmətlərin təşkili və qiymətləndirilməsi müəyyənləşib

10-12-2025

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura Təkliflər hazırlayıb

28-03-2013

Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

29-12-2014

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı

07-08-2014

ASAN xidmət indeksi sentyabrda təqdim olunacaq

21-07-2017

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

14-03-2016

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

28-11-2019

Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

15-05-2019

Elektron xidmətlərdən istifadə və populyarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı Təkliflər

08-08-2014

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

20-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə