• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

MÜSAHİBƏ

  1. Ana səhifə
  2. MÜSAHİBƏ

Xidmətlərin Elektron Reyestrinə daxil edilən məlumatlar yoxlanılacaq

05-05-2015 / 12:46

 “Qiymətləndirmə yekunlaşdıqdan sonra isə ölkə rəhbərliyinə mövcud vəziyyətlə bağlı ətraflı hesabat təqdim olunacaq”

Bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyi dövlət orqanlarında elektron xidmətlərin qiymətləndirilməsi qaydalarında dəyişikliklər edilməsi haqqında açıqlama verib.
Bununla bağlı  Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov Xəbərlər-in suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Ceyhun müəllim, bir müddət öncə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib. Bu zərurət nədən yaranıb?

-Ümumiyyətlə, Dövlət Agentliyinin fəaliyyəti hər sahədə daim təkmilləşmə prinsipi üzrə davam edir. Xüsusi olaraq bu sahəni götürsək keçən il olduğu kimi bu ildə qaydalarda dəyişikliklər edildi. Dəyişiklikləri zəruri edən səbəb yeni prioritetlərin yaranmasıdır. Misal olaraq, Cənab Prezidentin Fərmanına əsasən bütün xidmətlərin Elektron Reyestrinin yaradılmasını göstərmək olar. Artıq məlumatların reyestrə dolğun və düzgün daxil edilməsi əlavə bir parametr kimi qaydalara daxil edilib və orqanın qiymətləndirmə balında nəzərə alınacaq. 

-Qiymətləndirmə qaydaları hazırlanarkən hansı prinsiplər əsas götürülüb? Beynəlxalq təcrübədən yararlanmısınızmı?

 -Qiymətləndirmə qaydaları hazırlanarkən qanunçuluq, obyektivlik, şəffaflıq və peşəkarlıq prinsip kimi əsas götürülüb. Bu sahə sürətlə inkişaf etdiyi üçün daim yeni trendləri, beynəlxalq çağırışları izləmək zəruridir. Qiymətləndirmə qaydalarının birinci versiyası hazırlanan zaman bir neçə dövlətin və beynəlxalq təşkilatların bu sahədə olan təcrübəsi araşdırılaraq bizim prioritetlər nəzərə alınmaqla hazırlanıb.

-Ümumiyyətlə, konkret bir dövlət qurumu üzrə qiymətləndirmənin yekunu olaraq Dövlət Agentliyi hansı addımları atır?

-Qiymətləndirmə 3 mərhələdə həyata keçirilir: məlumatların toplanması, toplanmış məlumatların sistemləşdirilməsi və təhlili, arayış və hesabatların hazırlanması. Məlumatların toplanılması mərhələsində dövlət orqanları ilə mütəmadi müzakirələr aparılır, informasiya resursları üzərindən xidmətlərin test edilir və xidmətlərin vətəndaşlara görsənməyən arxa tərəfdə necə təşkilinin qiymətləndirilməsi məqsədilə yerində baxış həyata keçirilir.

Prosesin yekunu olaraq hər dövlət qurumuna xidmətlərin göstərilməsi ilə bağlı çatışmazlıqları və bu çatışmazlıqların aradan qaldırılması üçün atılmalı olan addımları özündə ehtiva edən arayışlar göndərilir. Növbəti il çatışmazlıqların aradan qaldırılması ilə bağlı vəziyyət yenidən yoxlanılır və həmin ilin arayışına daxil edilir.

- Qiymətləndirmənin yekunu olaraq sizdən narazı qalan qurumlar olurmu?

-Daha doğru vurğulasaq narazı qalan yox, bəzi hallarda qiymətləndirmə nəticələri ilə bağlı anlaşılmazlıq halları ilə rastlaşırıq ki, bu hallarda həmin qurumların əməkdaşlarına nəticənin aşağı olma səbəbləri ətraflı izah olunur və o halların aradan qaldırılması üçün təkliflər verilir. Qeyd etməliyəm ki, hər il biz bu sahədə inkişafın şahidi oluruq. Qurumlar tərəfindən bizim təkliflər müsbət qiymətləndirilir və təkliflərin həyat keçirilməsi sahəsində konkret addımlar atılır. Hətta bir çox qurumlar qiymətləndirmə dövrü başlamamışdan qabaq bizim işçi qurupunun üzvləri ilə əlaqə saxlayır və xidmətlərin təkmilləşməsi istiqamətində metodiki tövsiyələr alır. Bu sahədə komanda işinin qurulması inkişaf üçün çox vacib haldır.

- Siz son dövrlərdə  daha vacib olan hansısa bir xidmətin elektron formaya keçirilməsi haqqında hansısa dövlət qurumuna təkliflər vermisinizmi ?

-Qiymətləndirmə zamanı xidmətlərin nəticələrinin elektron təqdim edilməsi və qurumların adiyyəti informasiya sistemləri arasında inteqrasiyanın olmaması ümumi bir çatışmazlıq kimi müəyyən edilir. Bu sahədə Dövlət Agentliyi tərəfindən mütəmadi işlər aparılır. Buna misal olaraq, informasiya sistemlərində fərdi identifikasiya nömrələrinin (FİN) tətbiqi və FİN əsasında əlaqələndirilməsi və bütün növ lisenziyaların elektron alınmasını təmin edən Elektron Lisenziya Sistemi Konsepsiyasını göstərmək olar. Onu da qeyd edim ki, bu Konsepsiyalar rəy və təkliflərin alınması üçün aidiyyəti qurumlara göndərilib.

- Hansısa bir dövlət qurumu xidmətini elektron formaya keçirmək istəyir. Lakin bu xidmət digər bir qurumun xidməti ilə bağlıdır və bu səbəbdən də elektron formaya keçirilmə baş tutmur. Belə halda siz qiymətləndirilməni necə aparırsınız?

-Hər hansı xidmətin elektronlaşmasının başqa qurumun xidməti səbəbindən mümkün olmaması praktikada tam olaraq qarşımıza çıxan hal deyil. Bu kimi hallar təqdim ediləcək sənədlərin başqa qurumlardan alınması və həmin qurumların sənədin verilməsini kağız daşıyıcılarda həyata keçirdikdə yaşanır ki, belə hallarda isə ən azından həmin sənədin skan olunmuş surətinin alınması imkanının təmin edilməsi ilə əsas xidmət yenə də elektronlaşdırıla bilər.

- Qiymətləndirmə prosesinə kənar, müstəqil ekspertlər cəlb edirsinizmi?

-Qiymətləndirmə prosesi işçi qrupu tərəfindən həyata keçirilir və tələbə uyğun olaraq  kənar, müstəqil ekspertlər cəlb olunur. 2013- 2014-cü illər üzrə qiymətləndirmələrdə kənar mütəxəssislərin iştirakı təmin edilib.

- Növbəti qiymətləndirmə prosesi nə zaman başlayacaq? Nə vaxt nəticələri elan etməyi planlayırsınız?

-2015-ci il üzrə tədbirlər planı artıq təsdiq edilib və Dövlət Agentliyinin rəsmi informasiya ehtiyatına yerləşdirilib. Qeyd etdiyim kimi, Dövlət Agentliyi haqqında Əsasnaməyə uyğun olaraq, Qiymətləndirmələrin yekunu ilə bağlı hər bir dövlət orqanına çatışmazlıqları və təklifləri əhatə edən arayışlar göndərilir. Qiymətləndirmə yekunlaşdıqdan sonra isə ölkə rəhbərliyinə mövcud vəziyyətlə bağlı ətraflı hesabat təqdim edilir. Hazırda tədbirlər planına uyğun olaraq qiymətləndirmələr davam etdirilir. Qiymətləndirmələr yekunlaşdıqdan və yekun hesabat hazırlandıqdan sonra nəticələrin açıqlanması ilə bağlı müvafiq addımlar atılacaq.

Mirvari Nəcəf 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


Dövlət orqanlarında elektron xidmətlərin qiymətləndirilməsi qaydaları dəyişib

20-04-2015

Elektron xidmətlərin qiymətləndirilməsi davam edir

18-12-2015

Dövlət qurumlarının 455 elektron xidməti qiymətləndirilib

19-12-2015

Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları qüvvəyə minib

24-01-2013

Dövlət xidmətlərinə nəzarət sistemi yaradılır

19-02-2015

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

28-11-2019

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

15-03-2016

“ASAN xidmət dövlət orqanlarının bütün xidmətlərini qiymətləndirəcək”

10-06-2016

ASAN xidmət indeksi təqdim edildi-Foto

21-09-2017

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

20-02-2024

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014

Dövlət xidmətlərinin keyfiyyəti necədir?-Foto

21-09-2017

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

24-02-2025

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib

10-04-2017

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

    09-05-2025
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

    09-05-2025
  • Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

    09-05-2025
  • DİN: Bank kartlarından oğurluq halları davam edir

    09-05-2025
  • AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

    08-05-2025
  • AzTU “Huawei Technologies Azerbaijan” ilə əməkdaşlıq edəcək

    08-05-2025
  • Google süni intellekt məlumatlarını məhdudlaşdırır

    08-05-2025
  • ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

    08-05-2025
  • XRİTDX beynəlxalq tədbirdə iştirak edib

    08-05-2025
  • Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

    08-05-2025
  • Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

    08-05-2025
  • “Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

    08-05-2025
  • “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

    08-05-2025
  • EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

    08-05-2025
  • Nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər

    08-05-2025
  • "Azercell"in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib

    08-05-2025
  • “digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

    08-05-2025
  • Ötən gün bank kartlarından 30 min manatdan çox vəsait oğurlanıb

    08-05-2025
  • Bütün xəbərlər
  • "DEFAGE Bootcamp" intensiv inkişaf proqramına start verilir

    12-04-2025
  • Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

    10-04-2025
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • "AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

    12-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.