Previous Next
Bağla

Dövlət orqanlarının lisenziya vermək səlahiyyəti saxlanılıb

15-01-2016 10:39
Dövlət orqanlarının lisenziya vermək səlahiyyəti saxlanılıb

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında bəzi fəaliyyət növlərinə lisenziya verən icra hakimiyyəti orqanlarının siyahısı”nı təsdiq edib.

Xeberler.az-ın  məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı təsdiqlənib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Azərbaycan prezidentinin fərmana əsasən təsdiqlənən  bu fəaliyyət növlərinə lisenziya verən icra hakimiyyəti orqanlarının siyahısını müəyyən edib.  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarına əsasən özəl tibb fəaliyyəti, əczaçılıq fəaliyyəti və prekursorların istehsalı, idxalı, ixracı və tranzit nəql edilməsinə  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, rabitə xidmətlərinə (telefon (məftilli), sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə), radiotrank və simsiz telefon, İP-telefoniya (internet telefoniya), məlumatların ötürülməsi (data), sürətli poçt xidməti) : Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi, təhsil fəaliyyətinə  (məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), ilk peşə - ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri), orta ixtisas təhsili müəssisələri): Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi,  ali təhsil müəssisələri və əlavə təhsil müəssisələrinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, dini orta ixtisas təhsil müəssisələrinə  Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsi, ali dini təhsil müəssisələrinə  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, teleradio yayımına (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət) Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası, yabanı dərman bitkiləri xammalının yığılmasına Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, liftlərin quraşdırılması və təmiri fəaliyyəti, attraksionların istismarı, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi, yanğından mühafizə fəaliyyəti, yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri və tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, özəl baytarlıq təbabəti fəaliyyəti və baytarlıq preparatlarının istehsalı və satışına  Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti lisenziya verəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Lisenziyalaşdırma Qaydası”na əsasən  dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilir. Ancan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə Naxçıvanda müxtəlif dövlət qurumlarına lisenziya vermək səlahiyyəti verilib.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

12-03-2020

Naxçıvanda I yarımildə sahibkarlıq fəaliyyətinə 21 lisenziya verilib

17-07-2023

Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

27-01-2023

Naxçıvan Nazirlər Kabinetinin saytı "GOV.AZ" zonasına köçürülüb

13-01-2023

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022

Nazir vəzifəsindən azad edildi

05-03-2020

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

08-09-2023

Naxçıvanda “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilib

09-05-2015

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24-10-2023

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016

Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

10-12-2022

Naxçıvana daxil olan internetin həcmi artırılıb

13-08-2015

Naxçıvanda məktəblər yeni kompüterlərlə təmin olunub

07-09-2015

Naxçıvan televiziyası peyk yayımına başlayıb

30-05-2025

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023

Muxtar respublikada müasir təhsil infrastrukturu yaradılır

07-07-2015

Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

08-08-2017

Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

17-02-2023

Naxçıvan İnnovasiya Mərkəzi açılıb

01-10-2025

Naxçıvanda Data Mərkəz inşa ediləcək

11-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə