Previous Next
Bağla

Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

10-12-2022 14:30
Naxçıvana aid informasiya ehtiyatları “GOV.AZ”-a köçürüləcək

Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatları “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli Qərarına uyğun audit yoxlamalarından keçirildikdən sonra “GOV.AZ” domenləri ilə təmin edilməklə, “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli Fərmanına əsasən mühafizə olunacaq.

Xeberler.az AZƏRTAC-a istinadən bildirir ki, Xidmətin əməkdaşları dekabrın 6-8-də Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması, eləcə də yeni qurulmaqda olan “ASAN xidmət” mərkəzinə dövlət xidmətlərinin təhlükəsiz çatdırılması məsələləri ilə bağlı Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi vəziyyətinə baxış keçirilib, kibertəhlükəsizliyi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi, qorunması, məlumat mübadilə sistemlərinin tərkib hissəsi kimi mühafizəsinin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif səviyyələrdə görüşlər keçirilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sahə üzrə mütəxəssisləri üçün təlimlər keçirilib və nazirliyin kibergigiyena layihəsinə qoşulması razılaşdırılıb. Səfər zamanı “AzstateNet” internet, voice və data şəbəkəsinin dövlət qurumlarında təmin edilməsi imkanlarının araşdırılması məqsədilə dövlət qurumlarının şəbəkələşmə vəziyyəti Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə yerində qiymətləndirilib.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə keçirilmiş görüşdə muxtar respublikanın dövlət qurumlarına aid informasiya ehtiyatlarında audit yoxlamaları nəticəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aşkarlanmış və 2021-ci ilin noyabrında təqdim olunmuş çoxsaylı kritik təhlükəsizlik boşluqları və onların aradan qaldırılması yolları nazirlik ilə birgə müzakirə olunub. Təhlükəsizlik yenilənmələri dayanmış və çoxsaylı boşluqlar aşkarlanmış köhnə versiyalı 111 dövlət informasiya ehtiyatının 11-nin hazırda Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən yeniləndiyi bildirilib.

Yenilənmiş 11 informasiya resursunun təhlükəsizlik auditləri üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə təqdim edilməsi və “GOV.AZ” domen zonasına köçürülməsinin planlı olaraq cari ilin sonuna qədər həyata keçirilməsi razılaşdırılıb. Digər resursların yenilənərək təhlükəsizlik tələblərinə uyğunlaşdırıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi işlərinin növbəti ilin birinci yarımilində tamamlanması planlaşdırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

Naxçıvan Nazirlər Kabinetinin saytı "GOV.AZ" zonasına köçürülüb

13-01-2023

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022

Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

27-01-2023

Naxçıvanın daha bir dövlət qurumu “GOV.AZ” zonasına köçürülüb

17-02-2023

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

07-08-2023

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

11-03-2025

Naxçıvanda daha iki nazirliyin saytları “gov.az” zonasına köçürülüb

23-05-2023

İnormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir

23-12-2025

Naxçıvanın Turizm Departamentinin saytı “gov.az” zonasına köçürülüb

26-07-2023

Naxçıvan MR-da Maliyyə Nazirliyinin saytı "AzStateNet" şəbəkəsinə köçürülüb

09-08-2023

Şahbuz Rayon İcra Hakimiyyətinin saytı “GOV.AZ” zonasına köçürülüb

25-05-2023

Naxçıvanın 3 dövlət qurumunun elektron informasiya resursları “AzStateNet”ə köçürülüb

13-06-2023

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023

Kəngərli Rayon İcra Hakimiyyətinin saytı "gov.az" zonasına köçürülüb

05-07-2023

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

08-09-2023

Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “AzStateNet” şəbəkəsinə köçürülüb

06-06-2023

Naxçıvanda saytların təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılıb

27-10-2023

Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

12-03-2020

Elektron məlumat bankının proqram təminatı təkmilləşdirilir

01-08-2019

Nazir vəzifəsindən azad edildi

05-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə