Previous Next
Bağla
REKLAM YERİ

Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

19-11-2025 12:14
Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

Azərbaycanda dövlət informasiya sistemləri arasında məlumat mübadiləsini təmin edən Milli Məlumat Mübadiləsi Sistemi – digital.bridge üzərindən həyata keçirilən tranzaksiyaların ümumi sayı 2 milyardı ötüb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilən sistemə hazırda 80 dövlət qurumu və 180 informasiya sistemi qoşulub.

digital.bridge 2021-ci ilin aprel ayından fəaliyyət göstərir və dövlət orqanları arasında təhlükəsiz, sürətli və standartlaşdırılmış məlumat axınını təmin edən mərkəzi platformadır. Sistem dövlətin rəqəmsallaşma siyasətinin əsas infrastruktur komponentlərindən biri olmaqla, məlumatların etibarlı şəkildə ötürülməsi və paylaşılmasına şərait yaradır. Bu platforma dövlət orqanları arasında inteqrasiyanı gücləndirir, "bir dəfə təqdim et" prinsipini reallaşdırmaqla vətəndaş və biznes subyektlərinin dövlətlə münasibətlərini sadələşdirir və idarəetmədə çevikliyi artırır. Sistem rəqəmsal xidmətlərin inteqrasiyasını və sabit fəaliyyətini təmin etməklə, dövlət orqanları arasında vahid və fasiləsiz xidmət modelinin formalaşmasını sürətləndirir. Eyni zamanda, milli məlumat infrastrukturunun təhlükəsizliyini qoruyan əsas platforma rolunu oynayır.

Bu ilin yanvar-oktyabr ayları ərzində sistem üzərindən 786 milyondan çox məlumat mübadiləsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 89 % artım deməkdir. Beləliklə, 2025-ci ildə digital.bridge üzərindən həyata keçirilən məlumat mübadilələrinin həcmi əvvəlki illərlə müqayisədə 2-3 dəfə çox olub.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından fəaliyyət göstərən Milli Məlumat Mübadiləsi Sisteminin (digital.bridge) fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci il tarixli 263 nömrəli "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı ilə tənzimlənir. Eyni zamanda, sistem Prezident İlham Əliyevin 12 avqust 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi ilə də fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Məlumat Mübadiləsi Sisteminin yeni versiyası təqdim olunub

04-11-2024

“Digital Bridge”-də 1 milyarddan çox tranzaksiya həyata keçirilib

13-12-2024

"Digital Bridge" üzərindən 500 milyondan çox tranzaksiya həyata keçirilib

04-12-2024

Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

17-09-2024

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023

“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib

02-06-2022

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

“Elektron prokurorluq” informasiya sistemi yaradılacaq

08-05-2021

"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

05-12-2023

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

10-12-2025

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

15-01-2026

“Şəhərsalma Nəzarəti” informasiya sistemi yaradılacaq

27-12-2023

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanacaq

24-11-2022

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025

“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb

10-01-2025

“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

10-01-2025

"Mygov Checker" tətbiqi yaradılıb

11-03-2024

Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

13-08-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə