Previous Next
Bağla

Milli Məlumat Mübadiləsi Sisteminin yeni versiyası təqdim olunub

04-11-2024 18:13
Milli Məlumat Mübadiləsi Sisteminin yeni versiyası təqdim olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilən "digital.bridge" - Milli Məlumat Mübadiləsi Sisteminin yenilənmiş versiyası istismara buraxılıb. Bu yeni versiya sayəsində dövlət qurumlarının məlumat mübadiləsi tam rəqəmsal və daha avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

Xeberler.az məlumat verir ki, qurumlar tərəfindən servislərin alınması tam olaraq başdan-başa rəqəmsallaşdırılaraq sistem üzərindən aparılır. Yenilənmiş sistem ölkəmizdə rəqəmsal məlumat mübadiləsini daha sürətli, təhlükəsiz və vətəndaş yönümlü hala gətirir. Bu da vətəndaşların dövlət xidmətlərinə müraciət edərkən təqdim etməli olduqları məlumatların həcmini minimuma endirir. İndi müvafiq dövlət qurumları bir çox zəruri sənədi vətəndaşdan yox, birbaşa “digital.bridge” üzərindən əldə edə bilir ki, bu da prosesləri sürətləndirir və rəqəmsal xidmətlərin inkişafını dəstəkləyir.

Məlumat mübadiləsi sisteminin yenilənməsi, həmçinin ölkədə rəqəmsal xidmətlərin sayını artırmaq üçün zəruri infrastrukturu yaradır. “digital.bridge” sisteminin yeni versiyasında bir sıra təkmilləşdirmə işləri həyata keçirilib. Sistem üzərindən aparılan məlumat mübadiləsinin təhlükəsizliyini artırmaq məqsədilə təhlükəsizlik tədbirləri gücləndirilib, məlumat mübadiləsinin trafiki şifrələnib.

Ümumi performans ötən illə müqayisədə 73% artırılıb. Servislərin qeydiyyata alınması və müraciətlər üzrə proseslər avtomatlaşdırılıb, monitorinq imkanı yaradılıb. Eyni zamanda dövlət qurumları tərəfindən yeni müraciətlərin göndərilməsi prosesi 3-5 gündən 1 günə endirilib.

Sistemdə yeni "Rəqəmsal Məlumat Hədləri" və API kataloqu yaradılıb. Əlavə olaraq fayl transfer funksionallığı da yaradılıb ki, bununla da sistem üzərindən istənilən formatda olan faylı göndərmək və yükləmək mümkündür. Qeyd edək ki, “digital.bridge” vasitəsilə həyata keçirilən məlumat mübadilələrinin sayı artıq 1 milyardı keçib. Bu da illik olaraq təxminən 10 mindən çox ağacın kəsilməsinin qarşısını alır. Sistem, həmçinin, dövlət qurumlarına data əsaslı qərar qəbulunu dəstəkləyərək, xidmətlərin daha dəqiq və effektiv təmin olunmasına imkan yaradır.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından fəaliyyət göstərən Milli Məlumat Mübadiləsi Sisteminin (“digital.bridge”) fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci il tarixli 263 nömrəli “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı ilə tənzimlənir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

19-11-2025

“Digital Bridge”-də 1 milyarddan çox tranzaksiya həyata keçirilib

13-12-2024

Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

17-09-2024

"Digital Bridge" üzərindən 500 milyondan çox tranzaksiya həyata keçirilib

04-12-2024

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

05-12-2023

“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib

02-06-2022

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

10-12-2025

"Mygov Checker" tətbiqi yaradılıb

11-03-2024

Məhkumluq arayışlarını portaldan əldə etmək mümkün olacaq

21-01-2025

Bütün məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilib

07-11-2024

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

15-01-2026

“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

10-01-2025

“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb

10-01-2025

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə